Sənin müdrikliyin bizim həyatımıza təsir edir.
Düşüncələrini səmimi şəkildə açıqlamaqdan çəkinməyən, ümumi qəbul edilmiş heç bir şeyi vecinə almadan öz həqiqətlərini axtaran və söyləyən əsl fikir adamı axtarırsınızsa, Türkiyədəki nadir nümunələrdən biri Celâl Şengördür.
Elmi tənqidə açıq olması ilə, hər nə qədər ilk baxışda mənə Heidegger-i xatırladan siyasi mövqeyi ilə bir “demokrat” kimi görünməsə də, əslində o, bir bilik demokratıdır və tənqidi düşüncənin əhəmiyyətini bütün Türkiyəyə ən yaxşı şəkildə izah edən və öyrədən şəxsdir.
Bugün əlinizdə tutduğunuz bu kitab, Türkiyənin yetişdirdiyi çoxşaxəli və nadir alimlərdən biri ilə, bizim Karl Popperimizlə aparılmış mükəmməl bir söhbətdir. Oxuyacağınız bu dialoq, bir elm və bilik adamının uşaqlıqdan etibarən necə addım-addım inkişaf etdiyini və necə formalaşdığını izah edən bir xülasə, bir həyat hekayəsidir.
Şən və xoş görünüşünün arxasında böyük bir ciddilik gizlədən, özünə yönələn hər cür tənqidi qəbul edən, lakin elmə qarşı hörmətsizlikdən böyük qəzəb duyan elm adamı kimi tanıdığım Celâl Şengörün dediyi kimi, başqalarının cahilliyi necə ki, bizim həyatımıza təsir edirsə, Celâlin müdrikliyi də bizim həyatımıza müsbət yöndə təsir etmişdir və etməyə davam edəcəkdir.
Bu kitab da çox güman ki, bu təsirin zənginləşdirici həlqələrindən biri olacaqdır.
Şərhlər 0
Şərh Yaz