Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Köməkçi nitq hissələri

Köməkçi nitq hissələri

139
Köməkçi nitq hissələri
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur. Həmçinin quruluşca sadə və mürəkkəb olur.

Növləri


Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır:
  • Əsas nitq hissələri həm qrammatik, həm də leksik mənası var. Lakin köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var.
  • Əsas nitq hissələri suala cavab verir, köməkçi nitq hissələrinin isə heç bir sualı yoxdur.
  • Əsas nitq hissələrinin sintaktik vəzifəsi var və cümlə üzvü ola bilir. Köməkçi nitq hissələrinin isə sintaktik vəzifəsi yoxdur və heç bir cümlə üzvü olmur.
  • Əsas nitq hissələri həm leksik, həm də qrammatik şəkilçi qəbul edir. Köməkçi nitq hissələri isə heç bir şəkilçi qəbul etmir.

Köməkçi nitq hissələri bunlardır:


Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz