Kitabda Biosfer Rezervat konsepsiyası, prinsipləri haqqında, Hirkan Biosfer Rezervatının tarixi əsasları, fiziki-coğrafi şəraiti və əsas iqlim göstəriciləri, flora biomüxtəlifliyi, meşə bitki örtüyü və ərazinin endemik bitkiləri haqqında geniş məlumatlar verilmişdir.
Monoqrafiyada həmçinin Hirkan Biosfer Rezervatı və xüsusi mühafizə olunan təbiət ərazilərinin rekreasiya və turizm potensialından istifadənin gələcək istiqamətləri müəyyənləşdirilmiş, tövsiyələr verilmiş, bu tip ərazilərin turizm və rekreasiya potensialından davamlı istifadənin yolları araşdırılmış, ekoloji turizm anlayışının mahiyyəti, prinsipləri, növləri, digər turizm formalarından fərqli cəhətləri əks etdirilmiş, «Qırmızı Kitab» və «Yaşıl Kitab» məsələlərinə toxunulmuşdur.
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində təbiət komplekslərindən rasional istifadə və mühafizə məqsədi ilə turist resurslarının rekreasiya potensialının hesablanması, ekoloji normativlər, onların əsas vahidləri və tətbiq olunması qaydaları kimi məsələlər də kitabda öz əksini tapmışdır. Monoqrafiya biologiya, ekologiya sah
Monoqrafiya biologiya, ekologiya sahələrindəki mütəxəssislər, xüsusi mühafizə olunan təbiət əraziləri əməkdaşları və turizm işçiləri, ətraf mühit profilli ali təhsil ocaqlarının, akademik və elmi-tədqiqat institutlarının əməkdaşları üçün dəyərli vəsait ola bilər.
Şərhlər 0
Şərh Yaz