Rüfət Kasumov "Beynəlxalq turizm bazarı" PDF
-
Dil:
- Janr: Dərs Vəsaiti | Dərslik | Turizm
- Baxılıb: 77
- Yükləndi:
- Yükləyən:
Turizm əksər insanların şüurunda istirahətlə, yeni təəssüratlarla yadda qalan, qəti şəkildə insan həyatına tanınmamış yerləri, təbiət abidələrini, tarix və mədəniyyəti, müxtəlif xalqların adət və ənənələrini öyrənmək üçün təbii yollarla daxil olan bir vasitədir.
Məlumdur ki, turizm iqtisadiyyatın yüksək gəlirli, daha dinamik və nəhəng sahələrindən biridir. Hazırda 250 milyondan çox insan turizm sahəsində çalışır. Onun payına investisiyalann ümumi həcminin 1%-i, dünya istehlakçı xərclərinin 11%-i, vergi daxilolmalarının 5%-i və dünya xidmət ticarətinin üçdə biri düşür. Turizm nəqliyyat və rabitə, ticarət, inşaat, kənd təsərrüfatı, xalq istehlakı mallarının istehsalı və əsas sahələrin sosial-iqtisadi inkişafında katalizator rolunu oynayaraq böyük təsir göstərir. Mütəxəssislərin proqnozlarına görə XXI əsr turizm əsri olacaq.
Turizm məhsulları və xidmətləri bazannın müasir vəziyyətinin, onun inkişaf perspektivlərinin, dünya və milli iqtisadiyyata onun töhfəsinin təhlili son dərəcə vacibdir. Lakin turizm biznesinin cari problemləri ilə yüklənmədən öncə “turizm” anlayışının mahiyyətini açmaq məqsədəuyğun olardı.
Qədim tarixə malik olan turizmin mahiyyəti hələ də birmənalı şəkildə müəyyənləşdirilməyib. O, nəinki ayn-ayn mütəxəssislər tərəfindən, həmçinin çoxsaylı turizm təşkilatları tərəfindən müxtəlif cür şərh edilir. Qəliz sosial-iqtisadi hal kimi o, kifayət qədər öyrənilməyib və lazımi qiymətini almayıb.
Bütün fəaliyyətlərdə, xüsusən də beynəlxalq razılaşmalarla əlaqəli fəaliyyətlərdə ən aktual məsələ şərhdir. O, razılaşmanın mövzusunu, obyektini və şərtini adekvat təsvir etməyə imkan verir. Tətbiq olunan terminlərin təsvirində qeyd olunan variantlar turizm subyektlərinin fəaliyyətinin əməli işində arzu olunmayan nəticələr verə bilər.
Şərhlər 0
Şərh Yaz