Fəthullah Ziyadi "Şərqşünaslıq, hədəfləri və vasitələri" PDF
- Müəllif:
-
Dil:
- Janr: İslam
- Baxılıb: 70
- Yükləndi:
- Yükləyən:
Hörmətli oxucular! Bu kitab əsli ərəbcə olan "əl-İstişraq əhdəfuhu və vəsailuhu" (Şərqşünaslıq, hədəfləri və vasitələri) adlı kitabın ərəbcədən dilimizə tərcüməsidir. Əslində kitabın orijinalı iki hissədən ibarətdir. Birinci hissədə Şərqşünaslıq elminin əsas yaranma qayəsi ətraflı izah edilir, məsələyə obyektiv elmi yanaşma tərzi ilə münasibət bildirilir. İkinci hissəsində isə ibn Xaldun haqqında şərqşünasların çoxsaylı araşdırmalar etməsindən bəhs edilir. Bu kitab Beynəlxalq Mədinə İslam universitetinin doktorantura mərhələsinin "İslama Dəvət" şöbəsində ixtisaslaşma mərhələsində tədris edildiyi üçün tədris prossesi zamanı kitabı tam şəkildə oxudum və bu kitabın Şərqşünaslıq elmi haqqında xalqımıza çox dəyərli bilgiləri təqdim edəcəyini düşündüm. Bu səbəbdən də kitabın tərcüməsinə qərar verdim. İnanıram ki, bu kitabı oxuyanlar şərqşünaslıq elminin yaranması haqqında dolğun və qərəzsiz fikirlərə yiyələnəcəklər.
Sual verilsə ki, nə üçün məhz bu kitabın tərcüməsini mühüm hesab etdin? Cavabında deyə bilərəm ki, bu mövzu doğrudan da İslam ümmətini maraqlandıran, hələ də mahiyyəti bir çox insanlar tərəfindən bilinməyən bir mövzudur. Kimiləri "şərqşünaslıq" deyəndə şərq xalqlarının dillərini, mədəniyyətlərini, adət-ənənələrini, dinlərini və s. öyrənən bəsit bir elmi sahəni, kimiləri qərb dünyasının şərqi öz maraqları üçün öyrənməsini, kimiləri isə digər mənalar haqqında düşünürlər. Kitabda bu məsələlər elmi əsaslarla təhlil və izah edilmişdir.
Vətənimizdə ömrünü şərqşünaslıq elminə həsr etmiş insanlar az deyildir. Sovet dövrünün şərqşünaslığı kommunist ateizminin maraqlarına xidmət etmiş, şərqşünaslar vasitəsilə Azərbaycan xalqının bir çox sahələrdəki xüsusiyyətləri öyrənilərək incələnmiş və sovetin ideoloji məqsədləri üçün istifadə edilmişdir.

Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz