Azərbaycancaaz
Mir.az » Kitablar » Fəxrəddin Qasımoğlu "İki Başlı Əjdaha" PDF

Fəxrəddin Qasımoğlu "İki Başlı Əjdaha" PDF

Fəxrəddin Qasımoğlu "İki Başlı Əjdaha" PDF
  • Reytinq: 8
  • Şərhlər: 18
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Hörmətli oxucu! Güman edirəm ki, bundan əvvəl nəşr olunan «Son gecə» və «On ikiyə işləmiş» adlı detektiv janrında yazılmış romanlarımla tanışsınız. Bunu ona görə yada salıram ki, hazırda sizlərə təqdim etdiyim bu roman da eyni janrda olmaqla həmin seriyadandır və istefada olan polis mayoru Bəxtiyar Nəzərlinin cəlb olunduğu növbəti əməliyyatdan bəhs edir. Yalnız bir fərqlə: Bu əməliyyat onun bundan əvvəl keçirdiyi əməliyyatlara bənzəmir və «tam məxfiləşdirilmişdir». Bəri başdan deyim ki, əsərdəki hadisələr təxəyyül məhsuludur və real hadisələrlə heç bir əlaqəsi yoxdur. Əvvəlki romanlarımla tanış olmayan oxucular üçün bildirirəm ki, bu əsəri də həm əvvəlkilərin davamı, həm də ayrıca bir əsər kimi maraqla oxumaq olar.
Roman «Vətən Müharibəsi» dövründə polis əməkdaşlarının arxa cəbhədə, paytaxt Bakıya yerləşdirilmiş «görünməyən» düşmənlərlə mübarizəsindən bəhs edir. Bundan əvvəlki kitabı tamamlayarkən qarşıma məqsəd qoymuşdum ki, növbəti kitabımda mütləq bu mövzuya toxunum: Həm arxa cəbhənin əsgərləri olan polis əməkdaşlarının həmin ağır, keşməkeşli günlərdəki, heç də şəhərdə qurulmuş stasionar postlarla məhdudlaşmayan fəaliyyətini daha dolğun göstərmiş olum, həm də bu müharibəni nə vaxtsa yalnız arxiv materiallarından görəcək gələcək nəsillərə Azərbaycan insanının bu günlərdə necə bir Vətən sevgisi nümayiş etdirdiyini, hansı sevinci və kədəri yaşadığını mümkün qədər real hiss etdirə biləcək bir əsər ortaya qoyum.
Romandakı cinayətin açılması üsulları sizə qəribə gəlməsin. Üsullar müxtəlifdir. Hər bir cinayətə spesifikasına görə fərqli yanaşma tərzi var. Pafossuz deyirəm ki, əsərdə yersiz şişirtməyə yol verməmişəm. Bilin ki, cinayətlər elə belə də açılır. Cani mütləq kiçik də olsa bir iz buraxır həmişə. Bəlkə də bir tüklə, hətta iynənin ucu ilə müqayisə oluna biləcək bu kiçik səhvi peşəkar əməliyyatçılar gec-tez aşkar edir və cinayəti açırlar. Ancaq bunun üçün bəzən günlər, bəzən isə aylarla davam edən gərgin iş, yuxusuz gecələr tələb olunur.
Mən bəzi cinayətkarların «peşəkarlığını» heç vaxt danmamışam. Sadəcə belələrini ağıllı, lakin Allahın onlara verdiyi ağıl və bacarığı pis işlərə yönəldənlər adlandırıram. Rəqibi həmişə düzgün qiymətləndirmək lazımdır. Bəzən onların hazırlayıb həyata keçirdikləri cinayətlər elə başsındıran labirintlərdən keçir ki, onların açılması polis əməkdaşlarından ikiqat peşəkarlıq tələb edir.
Bu əsəri yazmağa məni sövq edən ikinci səbəbə də azca toxunum: Əsrlər boyu xalqımıza qarşı yönəlmiş erməni terroru, qətliamlar, soyqırımları bizim «Qan yaddaşımız»dır. Bu «Qan yaddaşı»nı yaşatmaq və gələcək nəsillərə ötürmək hamımızın borcudur. Düşünürəm ki, hər bir vətəndaşımız əlindən gələn qədər bu işə öz töhfəsini verməlidir. Qoy lap etdiyi bir zərrə qədər olsun. Damlalardan dənizlər yarandığı kimi, zərrələr də bir yerə toplananda böyük gücə çevrilər.
İlanın başını əzəndən sonra hələ uzun müddət quyruğu tərpənir. Düşmənimiz də zəhərli ilandır. Başını əzmişik, amma hələ də quyruğunu tərpədib suyu bulandırır. Ona görə də hamımız daim ayıq-sayıq, hər birimiz Vətənin bir əsgəri olmalıyıq: Rəssam yaratdığı tablolarda, həkim sağlamlığımızın, polis asayişimizin keşiyində, tələbə elmində, müəllim öz müqəddəs peşəsində… Bu siyahını çox uzatmaq olar. Əsas olan «Vətən» deyəndə hamının bir nöqtəyə vurmasıdır. Atalarımız nahaq yerə deməyiblər ki, - El gücü, sel gücü. Və biz bunun bariz nümunəsini yaxın keçmişdə bütün dünyaya nümayiş etdirdik.
Deyilən söz bəzən unudulur, yazılan isə qalır. Polis zabiti olaraq, qoy yazmış olduğum bu roman da «Qan yaddaşımız»ı gələcək nəsillər üçün yaşatmağa xidmət edən həmin zərrələrdən biri olsun. Xoş mütaliələr.

Fəxrəddin Qasımoğlu "İki Başlı Əjdaha" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 18

Şərh Yaz
  1. Zamin Muslumov
    Zamin Muslumov
    Premium

    Salam? cənab polkovnik. Romanı üç saatdan az müddətdə oxudum çox gözəl romandı. Uğurlar arzulayıram.

  2. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Salam Zamin müəllim. 3 saat rekorddu))))). İnşallah RUH adlı yeni romanım çapdadı. Hazır olar oxuyarsız.
  3. Zeyneb Asgarova
    Zeyneb Asgarova
    Şərhçi
    Salam bugün 8 martdır bütün mir az kallektiv xanımları təbrik edirəm və sizdən bir xahiş edirə Müjde aklanoğlunun yeni kitaplarını yükləyəsiz Kitab adları Centilmen Topal təşəkkürler

  4. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Zeynəb xanım, sizi təbrik edirəm. Ancaq mən sadəcə müəllifəm. Bura ancaq öz kitabımı yükləyə bilirəm. Siz Adminə yazın.
  5. Zeyneb Asgarova
    Zeyneb Asgarova
    Şərhçi
    Sağolun
  6. Fuad Məmmədli
    Fuad Məmmədli
    Şərhçi
    Diger 2kitab kimi bu kitabda maraqli ve en esasi mariflendirici melumat verici bir kitabdir...Cox beyenirem yazarin kitablarini her zaman hem psixoloji hemde diger terefleriyle aciqlamasiyla izahiyla secilen ferqli eserler oxuyuruq
  7. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Təşəkkür edirəm, Fuad müəllim.
  8. Fuad Məmmədli
    Fuad Məmmədli
    Şərhçi
    Hormetli Fexreddin muellim elinize sagliq emeyinizin eziyetinizin behresini goresiniz her zaman... biz kitab severler ve bir azda duyguyla oxuyanlar bir yox bir nece heyat yaşayiriq...Her eserde her kitabda ya oz duygularimizdan nese veririk yada oxuduqlarimizdan nese aliriq.Bunlarin her ikisi birleşende ise bu yazarin profisanalligindan peşekarligindan xeber verir.!
  9. Gülü Hacızadə
    Gülü Hacızadə
    Oxucu
    Həqiqətəndə bu yazarın dedektivləri oxuduğum heç bir dedektivə bənzəmirlər.Hər biri ayrılıqda daha maraqlı,daha düşündürücüdür həmdə ən əsası maarifləndirici.Sonuncu məni daha çox təsirləndirdi.Tezliklə davamını gözlüyürük İnşallah.
  10. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Təşəkkür, xanım. Növbəti romanım trillerdi. Hazırda ćapdadı. Düşünürəm ki xanım olaraq bir qadının taleyindən bəhs edən həmin roman sizinçün daha maraqlı olacaq. Rəyinizə görə sağ olun.

  11. İlahə_83
    İlahə_83
    Şərhçi
    Super, çox bəyəndim, əllərinizə və ürəyinizə sağlıq, Fəxrəddin bəy, digər iki əsərinizi də oxumuşam, amma "İkibaşlı əjdaha" daha mükəmməldi. Tarixi romanları və dedektiv janrlarda olan əsərləri çox sevirəm, amma "İkibaşlı əjdaha" dedektiv janrda olsa da əsərdə savaş tariximizlə bağlı hadisələrin cərəyan etməsi ikiqat maraqlı alınıb. Sizə bol-bol uğurlar, sükanı belə saxlayın, cənab zabit😊
    1. Fəxrəddin Qurbanov
      Fəxrəddin Qurbanov
      Qonaq
      Salam. Rəyinizə cavab yazdım. Amma sonra baxdım ki, ümumidə yazmışam. Təşəkkür edirəm, İlahə xanım. Xoş oldu.
  12. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Murdar ermənilərin xalqımıza qarşı törətdikləri bizim Qan yaddaşımızdır. Bu Qan yaddaşını yaşadan kiçik bir roman ortaya qoymagı özümə borc bilmişdim. Oğlum Musa da müharibədəydi. Paytaxtdakı gərgin xidmətin içində bir də hər dəqiqə xəbər gözləməyin nə olduğunu yada salmaq istəmirəm. Bəlkə ondandı ki, əsgər atası kimi hisslərim bu romana hopub. Sizə isə, İlahə xanım, rəyinizə görə xüsusi təşəkkür. Rəyiniz çox dəyərlidir mənimçün. Sağ olun.
  13. İlahə_83
    İlahə_83
    Şərhçi
    Sizi çox gözəl anlayıram, Fəxrəddin bəy, həm Şəhidi olan, həm hərbçi xanımı olaraq... Hər kəs forma geyinə bilər, istər hərbi, istər polis, amma hər kəs o formanı şərəflə, vicdanla daşıya bilməz! Tanrı Musa balanı min budaq etsin, öpürəm alnından, ona tərbiyə verən valideynlərinə çox minnətdaram. Musa kimi döyüşən igid oğullarımız, sizi kimi şərəfli zabitlərimiz olduqca bu Vətən basılmaz! Sizə həm qələm, həm polis kimi şərəfli yolda bol-bol uğurlar arzu edirəm, cənab zabit😊
    1. Fəxrəddin.Qurbanov
      Fəxrəddin.Qurbanov
      Qonaq
      Təşəkkür edirəm. Allah cəmi şəhidlərimizi İmam Hüseyn ağanın yanında qərar versin.

  14. КАМАЛЯ Якубова
    КАМАЛЯ Якубова
    Oxucu
    3 kitabı bir nəfəsə oxudum. Möhtəşəm. Çingiz Abdullayev və Elxan Elatlı kimi sizdə artıq favoritim oldunuz. Yeni əsərinizi səbirsizliklə gözləyəcəm. Uğurlar Fəxrəddin müəllim.
  15. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    Sağ olun, Kəmalə xanım. Bu ayın 22-i növbəti kitabım çixacaq. Ayın sonu isə Elmlərdə böyük sərgi olacaq. Orda da əldə edə bilərsiz, imza günüm olacaq, bura da yerləşdirəcəm bir müddət sonra. Rəyiniz mənimçun çox dəyərli oldu. Sağ olun bir daha.
  16. Fəxrəddin Qurbanov
    Fəxrəddin Qurbanov
    Qonaq
    27 aprel saat 16:00-da Elmlər parkındakı kitab sərgisində imza günum olacaq. İstəyən buyursun.

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar