Azərbaycancaaz
Mir.az » Kitablar » İmran Axundov "Azerbaycan Muğamları" PDF

İmran Axundov "Azerbaycan Muğamları" PDF

İmran Axundov "Azerbaycan Muğamları" PDF
  • Reytinq: 2
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Kitabda Azərbaycan professional musiqisinin özülünü təşkil edən muğamlar haqqında məlumat verilir. Əsas, kiçik həcmli və zərbi muğamlar təhlil olunur.

Muğam Yaxın və Orta Şərqin ən qədim musiqisi olduğu üçün insanların daim diqqətini cəlb etmişdir. Muğam, musiqinin əsas janrlarından biri kimi tədqiqata orta əsrlərdən başlamış və bu günə kimi də davam etməkdədir.
Orta əsrlərin Şərq və Avropa alimləri, eləcədə bizim müasir dövrün tədqiqatçıları müxtəlif zamanlarda muğamlarımızı araşdıraraq sanballı elmi əsərlər yazmışdılar. Muğam Yaxın və Orta Şərq xalqlarının həyatında aparıcı qüvvə olduğu üçün onların formalaşmasında əsas rol oynamışdır.
«Muğam ruhi-mənəvi mövcudiyyat haqqında dahiyanə musiqili hekayətdir. Əbədi, əzəli mənamız olan muğam həyatımızın, bədii-estetik aləmimizin psixoloji, fəlsəfi dəyəridir. Musiqi insan mənəviyyatının bir hissəsidir...
Bu ülvi həyatda insan muğamı dinləməklə ... zənginləşir, ilahiləşir, ilahiliyə qovuşur. Muğam-həyatda, onun əzablarına, məşəqqətlərinə qovuşan, ideala can atan və ona çatan şəxsiyyəti təsdiqləyir.
Belə ki, muğam insanı həyat pillələri vasitəsilə ideala yüksəldir. O pillələr insan həyatının bir mərhələsidir. İnsan muğam ülviyyətində daim saflaşmaya, mahiyyətə doğru hərəkət edir, son nəticədə həqiqəti mütləqə qovuşur. Təbiətdə, həyatda, mənəvi aləmimizdə, gözəllikdə, məhəbbətdə, ruhun ülvi xilqətində, ismətdə, dünəndə bu günün təmasında muğamlarımız təcəlla edən nur çələngidir...
İmran Axundov "Azerbaycan Muğamları" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar