Cəmşid Əmirov "Sahil Əməliyyatı" PDF
50-ci illərin sonlarında nəşr olunan «Sahil əməliyyatı» povesti müəllifinə tez bir zamanda şöhrət qazandırdı. Azərbaycan ədəbiyyatında ilk dəfə yüksək professionallıqla macəra janrında yazılan bu əsər nəinki, hətta qısa bir vaxtda onun hüdudlarından da çox-çox kənarda yayıldı və təqdir edildi. Povest o zaman Azərbaycan və respublika İctimai Asayişi Mühafizə Nazirliyinin təşkil etdiyi müsabiqənin mükafatına layiq görüldü. 1967-ci ildə «Azərbaycanfılm» kinostudiyasının sifarişi ilə Cəmşid Əmirov bu povest əsasında «İstintaq davam edir» adlı bədi filmin ssenarisini yazdı. «Brilyant məsələsi», «Qara volqa» və necə-necə əsərlərini sevə-sevə mütaliə etdiyimiz G.Əmirovun işıq üzü görməyən xeyli əsərləri qalmış və oxucular yazıçının bu əsərlərinin nəşr olunmasını səbirsizliklə gözləyirlər.
Cəmşid Əmirov "Sahil Əməliyyatı" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.