Azərbaycancaaz
Mir.az » Kitablar » Con Steynbek "Qəzəb salxımları" PDF

Con Steynbek "Qəzəb salxımları" PDF

Con Steynbek "Qəzəb salxımları" PDF
  • Reytinq: 20
  • Şərhlər: 2
Populyarlıq 80% 80%


Diqqət Çəkənlər

XX əsr Azərbaycan ədəbiyyatında geniş şöhrət tapan və adı tezliklə dünyanın bir çox ölkələrinə yayılan John Steinbeckin “Qəzəb salxımları” romanı ilk dəfə 1939-cu ildə çap olunub və “Bədii kitab” nominasiyası üzrə Pulitser mükafatına layiq görülüb. Roman ABŞ-da kollec və məktəblərin dərs proqramlarına daxil edilib.
Romandakı hadisələr böyük depressiya dövründə baş verir. İcarədar-fermer olan Codu ailəsi iqtisadi çətinliklərə görə doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalaraq, səadət tapmaq ümidi ilə bir çox ailələrə qoşulub Kaliforniyaya üz tutur. Ailənin başına gələn hadisələri qisas və qəzəb hissi ilə təqdim edən, sevgi və nifrət motivlərini böyük ustalıqla verən müəllif oxucunu hadisələrin sehrinə salır.
Con Steynbek "Qəzəb salxımları" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 2

Şərh Yaz
  1. Samir Beydullayev_2
    Samir Beydullayev_2
    Oxucu

    Hərkəsə salam! Bugün sizə amerikalı yazıçı John Steinbeck’in məşhur əsəri olan “Qəzəb salxımları” əsərinin təhlili ilə gəldim.Birinci əsər haqqında onu deyə bilərəm ki, 1939-cu ildə yazılıb və Pulitzer mükafatı(1) alıb.Roman böhran dövründə ABŞ-da yaşanan iqtisadi düşüş və köç hadisələrini ələ alır.

    Romanın ana hekayəsi “Dust Bowl”(2) adı verilən toz fırtınaları zamanı fermerlerin yaşadığı çətinlikləri ələ alır.Ata torpaqlarında Kaliforniyaya yola çıxan yüzlərlə ailədən biri olan Joad ailəsi işsizlik,aclıq,təbii fəlakətlərlə mübarizə apararkən ümidlərini itirməməyə çalışırlar.

    Romana təzə başlıyanda 50-60 səhifə oxuyub yarımçıq buraxmısdım.2 həftə ara ilə nədənsə təzədən başladım.Yaxşiki başlamışam.30-35%-nə qədər adamı biraz yorur amma sonra birdən-birə kitab size içinə çəkir.Orda olan ən çox diqqətimi çəkən mohkəm ailə bağları,bir-birlərinə daim dəstək olmaları.İnsan oxuduqca bir duyğudan başqa duyğuya keçir.Romanda həmçinin sosail ədalətsizlik,əməyin istismarı və kapital systemin tənqidi ilə də diqqət çəkir.Yazıçı bu movzuları əsərdə detallarına qədər işləyib.

    Amerikalı kimi əsər təbiiki mənə o qədər ağır duyğu yükləməsi vermədi.Çünki ölkədən ölkəyə oranın qayda-qanunları,baş verən tarixi hadislərəi dəyişir,nə qədər yaşanan toplumsal məsəslələr ortaq olsada. John Steinbeck-in demək olar bütün əsərlərində bu məslələrə toxunub

    Oxumağa dəyərmi dəyər.Mən bir kitab  oxuyandasonra oradaki tarixi hadislələri təzədən internetdə araşdırıram.Bunun özü bir zənginlik qatır insana.Sizədə məsləhət görürəm. Xoş mütailələr!

    1. Pulitzer mükafatı - Nyu Yorkdakı Kolumbiya Universiteti tərəfindən jurnalistika, ədəbiyyat və musiqi kimi sahələrdə verilən mükafatdır.
    2. Dust Bowl - 1930-cu illərdə Amerika və Kanada çöllərinin ekologiyasına və kənd təsərrüfatına böyük ziyan vuran şiddətli toz fırtınaları dövrünün nəticəsi idi.

     

     


  2. Qonaq Əfsanə
    Qonaq Əfsanə
    Qonaq

    Maraqlı əsərlər oxumaq ümüdü ile

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar