Azərbaycancaaz
Mir.az » Kitablar » Kəramət Böyükçöl "Çöl" PDF

Kəramət Böyükçöl "Çöl" PDF

Kəramət Böyükçöl "Çöl" PDF
  • Reytinq: 57
  • Şərhlər: 4
Populyarlıq 93% 93%


Diqqət Çəkənlər

"Çöl" romanında min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təəssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir. İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornamentləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır. Suyun dadı lildə olduğu kimi, dilin də dadı adi məişət qayğıları ilə yaşayan kənd adamlarının danışığındadır. Unudulmaqda olan bəzi qədim türk sözlərinin yeni təfəkkür məxrəci ilə üzə çıxması və onun yenidən dirilməsi anı əsərin əsas ideyasıdır. Doğrudan da adam inanır ki, at çöllərin "A" hərfidir. Və doğrudan da at çölləri oxuya bilir. Çöllərin genişliyi insan təfəkkürünün böyüklüyüdür. Əşyalarla, sözə qədərki səslə ifadə olunan məna mətnləri yazıçının əsas uğurudur. Əsər müəyyən bir dövrü ifadə etmir, insanı göstərir. İnsan nə vaxt doğulmuşdur, fərqi yox, doğulmuş və doğulacaq insanın anlayışı, keçmiş və müasir dünya elementləri ilə mayalanmış beyin rüşeymləri bədii əsərin tədqiqat obyektidir. Bu insan sevgidən də keçir, müharibədən də. Bu insan Şərq və Qərb sivilizasiyalarının qarşıdurmasından və həm də birgə sintezindən doğulur, yaranır, mənsub olduğu dünyanı orijinal şəkillərlə ifadə edir. Əsərdə həyatın və cəmiyyətin müxtəlif hadisələrinin yaradıcısı və daşıyıcısı və həm də bəzən qurbanı olan böyük insan qalib gəlir. İçindəki haqq, məhəbbət onu həmişə xilas edir.
Kəramət Böyükçöl "Çöl" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Cəmil
    Cəmil
    Qonaq
    Kəramət çox maraqlı insandır
  2. Durdane Sadiqova
    Durdane Sadiqova
    Oxucu
    Çox sevirəm əsərlərini
  3. Hidayət Allahverdi
    Hidayət Allahverdi
    Oxucu
    Maraqlıdır.

  4. Nermin Mehiyeva
    Nermin Mehiyeva
    Oxucu

    PDF yukleye bildiz?

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar