Azərbaycancaaz
Mir.az » Kitablar » Uraqan Abdullayev "Hərbidən Qeydlər" PDF

Uraqan Abdullayev "Hərbidən Qeydlər" PDF

Uraqan Abdullayev "Hərbidən Qeydlər" PDF
  • Reytinq: 26
  • Şərhlər: 4
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Ön söz əvəzi
Qurulan xəyallarımız
Bizi insanlar üzərində qurduğumuz xəyallar yıxar. İnsanlara deyil, məqsədlərə bağlanmalıyıq. Bəzən eyni fikirlər üzərində qurulan böyük bir dünya yaradarıq. Bəzən də böyük bir dünyada kiçik bir fikri yaşadarıq. Fikirlər xəyallardan doğar, məqsədlərə çevrilər. Məqsədlərsə xoşbəxtliyimiz olar. Bizi xoşbəxt edən şey, məqsədə çatmaqdan çox, o məqsədə doğru addımlamağımızdır. İnsanlar bizim məqsədlərimiz deyil və ya hansısa insana sahib olmağı bir məqsəd kimi görə bilmərik. Bizi xoşbəxt edə bilməz. Çox vaxt eyni fikirli insanların eyni məqsədlər üzərində toplaşdığını görərik.

Uşaqlıqdan düşünmüşük ki, biri çıxar qarşımıza bizi xoşbəxt edər. Öz xoşbəxtliyimizi başqalarında axtarmışıq. Nəyə görə axtarmışıq? Çünki biz xoşbəxt deyilik.

Deyək ki, biri çıxdı qarşına və səni xoşbəxt etdi. Bəs sən onu xoşbəxt edə biləcəksənmi? Özün xoşbəxt deyilsənsə başqasını necə xoşbəxt edə bilərsən? Birinci hər şeyə özündən başlamalıdı insan. Biz çox vaxt özümüzü, öz xoşbəxtliyimizi düşünən bir eqoist oluruq. Ancaq özümüzü fikirləşib yaşayırıq. Fikirlərimiz isə qarın doyuzdurmur. Bəlkə fikirlər ruhumuzu qidalandıra bilər, amma yalnış fikirlər bizi ruhumuzdan və mənliyimizdən uzaqlaşdırar.

Uzaqlaşdıqca özümüzdən qaçarıq, qaçdıqca yorularıq. Sonra nə üçün yorulduğumuzu anlamarıq.

Bura qədər insanlardan, fikirlərdən, məqsədlərdən, xoşbəxtliyimizdən və özümüzdən danışdıq. Ancaq bu beşini birləşdirən bir duyğu var, adı Sevgi. Hansı ki, o olmasa digərlərinin heç bir önəmi qalmaz. Bunu başa düşmək bir il altı ayımı aldı. Amma gec də olsa, başa düşdüm. Başa düşdüm ki, insanları isidən şey, isti bir otaqdan çox, səmimi münasibətlərdir. İnsanları isidən həmin isti otaqda qalmaq yox, birlikdə soyuqda donmağı gözə ala bilməkdi. Başa düşdüm ki, çörəyi dadlı edən təkcə onun duzu xəmiri yox, həm də onu bişirənin əlinin zəhmətidir. O əlin zəhmətinin dəyərini bilməlisən. Həmin zəhməti dəyərləndirə bilməzsə insan, nə dadı bilinər, nə də keyfiyyəti. Yavaş-yavaş anladım ki, əlimizə batan tikanlar deyil, ürəyimizə ilişən tikanlar bizi həmişə narahat edir.

Beləcə, Hərbidən Qeydlərin sonuna yaxınlaşıram. Son kimi yazdığım bu cümlələri siz ilk kimi oxuyursunuz. Bəlkə də sizə lazım olanları irəlidəki səhifələrdə tapacaqsınız. Ola bilsin kitab bitdikdən sonra, əvvələ qayıdıb bu cümlələri bir də oxudunuz. Həyat da belədir. Bizə lazım olan şeyin haralarda olduğunu bilmirik. Çox zaman eyni yerə qayıtmalı oluruq. Əslində isə hər şey çox sadədir. İnsan aldığı dərslərdən nəticə çıxarmalı və düzgün dəyərləndirməlidir.

Ona görə hansı nəticəni çıxaracağınızı və necə dəyərləndirəcəyinizi öz öhdənizə buraxıram.

Xoş mütaliələr…
Uraqan Abdullayev "Hərbidən Qeydlər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Raxman
    Raxman
    Qonaq
    bu kitab neise yuklenmir
    1. Admin
      Admin
      Bilgin
      Problem aradan qaldırıldı. Yükləyə bilərsiniz.
      Xoş oxumalar.
      --------------------
      İnstagram
  2. Nuruş
    Nuruş
    Qonaq
    Yükləyə bilmirəm

    1. Uraqan
      Uraqan
      Qonaq

      Yükləyə bilmirsinizsə mənə whatsapp üzərindən yazın, yollayım. 

      0552834010

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar