İlham İlhami "İzsiz İtmərəm" PDF
Dünyanın özü də daxil olmaqla “mövcudluq” , “varlıq” sözləri dəqiq ifadədir. “Yoxluq”, “fanilik” şərti sözlərdir , bu sözlərin ifadə etdiyi fikir yanlışdır.Çünki “varlıq” ifadəsi ,”mövcudluq” sözü movcud olan təqdirdə “yoxluq” və “fanilikdən” söhbət ola bilməz !
Allah dünyanı heç də heç nədən yaratmadı , “OL!” deməklə özünün mövcudluq durumundan əmələ gətirdi dünyanı. Deməli,mövcudiyyət Allahın özündən bir nişanədir,əsil movcudiyyət isə Allahın özüdür!
Mənim dediklərimi dərk etmək unutmaqda olduğun gözəl bir yuxunu xatırlamağa çalışmaq qədər çətin olsa da – mümkündür. Və əgər Allah qədər qüdrətli bir movcudluq varsa , faniliyi ,yoxluğu necə qəbul etmək olar? Sadəcə olaraq mövcudluğun mövcudluğu var. “Mövcuddur” sözünün ali mənada heç bir antonimi qəbul edilən deyil!
Dedilklərimi təsəvvürə gətirib dərk etmək üçün sadəcə ,yaşadığimiz nəhəng Yer kürəsinin ən uca bir nöqtəsində özünü beynində canlandır,sonra da üfüqə nəzər sal , nə görürsən? Üfüq səma ilə birləşir,eləmi? Əslində isə Yer səma ilə birləşmir,bu sad
Əslində isə Yer səma ilə birləşmir,bu sadəcə gözün görə bildiyi bir durumdur . İndi isə qaranlıqda – yəni gecə , ulduzlu kəhkəşana göz gəzdir . Gördüyün və görə bilmədiyin sonsuzluqla üz – üzəsən. Görə bildiyin və görə bilmədiyin həqiqətlər var . Görə bilmədiyini inkar edir , ”yoxdur” ,deyirsən və səhv də elə buradan başlanır. Bax elə buradaca dediklərimin təsdiqi baş verir. “Yox” sözü şərti ,”mövcudluq” sözü isə əvvəl – axır sözlərini qəbul etməyən bir anlamdır . Bu anlamın ümumi dərkində Allahın özüdür!
Şərhlər 0
Şərh Yaz