Stanton Samenow "Cinayətkarlar necə düşünür?" PDF
- Müəllif:
-
Dil:
- Janr: Psixologiya
- Baxılıb: 1 143
- Yükləndi:
- Yükləyən:
Cinayətkarlar Necə Düşünür? 1984-cü ildə ilk dəfə yayımlandığında cinayətə və cinayətkara baxışımızı kökündən dəyişdirəcək bir inqilab başlatdı. Cinayətin mənbələrini və çarələrini əhatə edən standart mifləri bir-bir alt-üst etdi. Aradan keçən təxminən qırx il ərzində cinayət sosiologiyasında, psixologiyasında, sosial xidmətlər sahəsində, hüquqda yeni və hələ də davam edən qızğın müzakirələrin fitilini yandırdı. Bir çox detektiv filmə, romana və populyar seriallara ilham mənbəyi oldu. Cinayətkarın zehninin qaranlıq guşələrinə qədər açdığı pəncərə ilə əvvəllər görmədiyimiz və bəzən görmək istəmədiyimiz həqiqətlərin canlı və qrotesk bir tablosunu təqdim etdi.
- Cinayətkarı cinayətkar edən cəmiyyətdirmi, yoxsa xasiyyəti?
- Cinayəti cinayətkar yarada bilərmi?
- Cinayətkarı "gözündən tanımaq" mümkündürmü?
- Cinayətkar zəhniyyəti deyə bir şey varmı, varsa nədir?
- Sürətlə dəyişən ictimai şərtlərdə cinayət və cinayətkarın tərifi necə dəyişir, hansı komponentləri sabit qalmağa davam edir?
- Cinayətkar kimi düşünmək, cinayətkarlardan və cinayətdən qorunmağımızı təmin edə bilərmi?
- Cinayəti aradan qaldırmaq və cinayətkarı "islah etmək" həqiqətən mümkündürmü?
Stanton Samenow'un ev içi zorakılıq, rəqəmsal cinayətlər və terrorizm kimi aktual mövzuları da əlavə edərək 2022-ci ildə nəzərdən keçirib genişləndirdiyi, artıq klassik halına gəlmiş bu əsəri, cinayətkarın "zəhniyyətini" və motivasiyalarını geniş bir cinayət kataloqu və cinayətkar profili üzərindən qiymətləndirir. Soyğunçulardan qatillərə, mənimsəmə edənlərdən narkotik qaçaqmalçılarına, zorlayanlardan terrorçulara uzanan geniş bir spektrdə onlarla cinayətkarın insanı heyrətlər içində qoyan hekayəsinə yer verir və bu sualı təkrar soruşur: Cinayət və cinayətkar mövzusunda həqiqətləri qəbul etməyə hazırıqmı?
Şərhlər 0
Şərh Yaz