Samuel Beckett ""Məhəbbətsiz Münasibətlər" PDF
- Müəllif:
-
Dil:
- Janr: Roman
- Baxılıb: 361
- Yükləndi:
- Yükləyən:
Samuel Bekketin bütün sənəti fərdin mənasını anlaya bilmədiyi, ağrılı bir mövcudluq macərası içində əzab çəkməsi üzərində qurulub. Bekket, Dekartın məşhur ifadəsini sanki "Əzab çəkirəm, deməli varam" şəklində yenidən ifadə edib. Yaratdığı xarakterlər xarici dünyanın "fiaskosundan" qaçmağa çalışan, tənha, yorğun və fərdiyyətçi əks-qəhrəmanlardır.
Bekketin ilk əsərlərindən biri olan "Məhəbbətsiz Münasibətlər", onun yazıçılığında və dünya ədəbiyyatında özgələşməni son həddə çatdıracaq əks-qəhrəmanlarının öncüsüdür. Modern dünyanın mənasız xaosuna təslim olmaq istəməyən, ağıl və məntiqinin xaricində axıb gedən gündəlik həyat qarşısında yalnız bir müşahidəçi, hətta bəzən bir voyerist olmağı üstün tutan fəaliyyətsiz bir üsyankardır.
Danteni sevgi ilə oxuyub anlamağa çalışan Belakva Şuah, adını da "İlahi Komediya"dan alıb. Bir şair və Qərb dilləri tələbəsi olan Belakva, içkiyə düşkün, yöndəmsiz və səliqəsiz bir xarakterdir. Dublinin kinayəli bir dillə təsvir edilən kiçik burjua və ziyalıları ilə başı dərddədir. Bədəni və onun aid olduğu xarici dünya ilə zehni arasında bir uçurumun fərqindədir. Qəlbinin aid olduğu yerin bir ruhi xəstəxana olduğuna inanır. Tanıdığımız digər Bekket xarakterləri kimi bir velosipedi bir qadına üstün tutur; eşq və sevgi ona çox uzaq anlayışlardır. Qadınlarla yaşadığı münasibətlər qroteskdir. Belakvanın içindəki qaranlıq dünyanı heç vaxt anlaya bilməyəcəkləri və onun əzabla dolu mövcudluq macərasına həmişə şübhə ilə baxacaqları üçün, birlikdə olduğu qadınlar ironik şəkildə ölərək həyatından çıxırlar.
Hekayələr, Belakva Şuahın tələbəliyindən bir əməliyyat zamanı narkoz nəticəsində ölümünə qədər olan həyatını xronoloji bir axışla anladır. Lakin hər biri eyni zamanda müstəqil və öz içində bir bütün olaraq da oxuna bilər. "Dante və Xərçəng" adlı təsirli giriş hekayəsi, Bekketin ədəbiyyatında əzab çəkən əks-qəhrəmanların ilk və əbədi çığırtısını eşitdirir. Belakva, diri-diri qaynadılan xərçəng üçün tez bir ölüm diləyir: "Tanrı bizimlədir. Amma deyil." Bekketin dünyasında heç bir ölüm tez deyil; çünki bütün həyat bir ölüm prosesidir.
Bekketi hələ tanımamış olan bütün modern ədəbiyyat həvəskarlarına tövsiyə olunur.
Şərhlər 0
Şərh Yaz