Ernst Mayr "Təkamül Nədir?" PDF
Təkamül nədir, necə baş verir və niyə yer üzündəki inanılmaz həyat müxtəlifliyinə ən məntiqli izahı gətirir?
Təkamül son iki əsrdə ortaya atılmış ən böyük ideyalardan biridir; təsirləri elmin hüdudlarını aşmışdır. Amma Darvinin dövründən bəri təkamül haqqında çoxlu inkişaflar əldə olunmasına baxmayaraq, hələ də təkamülün tam olaraq nə olduğu barədə geniş yayılmış qarışıqlıq mövcuddur.
Təkamül Nədir? adlı bu əsərdə müasir biologiyanın qurucularından biri olan Ernst Mayr təkamül haqqında bildiklərimizi və bilmədiklərimizi izah edir; bu fikrin dünyanı qavrayışımıza necə təsir etdiyini araşdırır. Təkamül Nədir?, Darvinin Növlərin Mənşəyi adlı əsərindən sonra bu mövzuda yazılmış ən yaxşı kitabdır!
Mayrın Təkamül Nədir? adlı əsəri haqqında fikirlərimi bir cümlə ilə yekunlaşdırmalı olsam, deyərdim ki, bu kitab təkamülə maraq göstərməyənlərin belə oxuyub faydalana biləcəyi bir əsərdir. Oxumağa sərf etdiyiniz vaxtın qarşılığını artıqlaması ilə alacaqsınız. Təkamül haqqında daha yaxşı bir kitab yoxdur və bu kimi bir əsər bir daha yazılmayacaq.
-Jared M. Diamond-
Şərhlər 0
Şərh Yaz