Zamanımızın Mani-si... Dözümlülük peyğəmbəri Mani...
Amin Maalouf digər romanlarında olduğu kimi bu əsərində də bir obrazın həyatı üzərindən dünyaya açılır və əsərini bu şəkildə qurur. Mani-nin inancı və hekayəsi xristianlıq dövrünün şəfəqində, İsanın ölümündən iki yüz il sonra başlayır. Bizim dövrümüzün də qəhrəmanı ola biləcək Mani, həyat hekayəsi və son nəfəsinə qədər müdafiə etdiyi inancının formalaşdırdığı şəxsi tarixi ilə həmin dövrdən – yəni II əsrdən bəri hələ də mövcud olan siyasi problemlərə işarə edir.
Manidən bu günə qədər “sənət və coşqunluq mənbəyi olan kitablarından, bağışlayan dinindən, coşqu dolu axtarışlarından, insan, təbiət və ilahi olan arasında harmoniya axtaran çağırışından” çox az şey qalmış olsa da, fanatizm və hakimiyyət hərisi onun əsərini yox etməyə çalışsa da, Amin Maalouf onun Nura açılan inancını ələ alır və Mani-nin hekayəsi ilə bu günə “işıq” tutur.
Şərhlər 0
Şərh Yaz