Azərbaycancaaz
Mir.az » Kitablar » Ayan Quluzadə "Kiçik Dünyam" PDF

Ayan Quluzadə "Kiçik Dünyam" PDF

Ayan Quluzadə "Kiçik Dünyam" PDF
  • Reytinq: 8
  • Şərhlər: 2
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Bu kitab Ayan Quluzadənin ədəbi debütüdür. Gənc yaşına baxmayaraq, Ayanın Vətənə sevgisi, ailəyə bağlılığı və gündəlik həyatın incəliklərinə olan diqqəti onun qələmə aldığı hekayələrdə açıq-aydın hiss olunur.

“Kiçik Dünyam” oxucunu həm kövrəldir, həm düşündürür. “Biz qaçqın deyilik” hekayəsində Cəbrayıldan didərgin düşən bir ailənin Bakıda keçirdiyi həyat, 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi, sonda isə Qələbə sevinci dolğun təsvir olunur. “Yarımçıq arzular” Hatayda baş verən zəlzələdə ailəsini itirən, lakin möcüzə nəticəsində sağ qalan Buludun hekayəsidir. “Həyatın möcüzəsi” illər sonra bir-birini tapan iki qardaşı, “Bir mələk” isə diqqətsizlik və itaətsizlik ucbatından həyatını itirən Mələyin taleyini işıqlandırır. “Unudulmuş məktub”da illərdir itkin olan Mahirin anasının məktubu ilə onun məzarını tapması, “Səssiz fəryad”da isə valideyn laqeydliyi nəticəsində məhv olmuş bir uşağın – Əhmədin həyat hekayəsi yer alır.

Ayanın hekayələri insanları diqqətli olmağa, zamanında yardım əli uzatmağa və uşaqları cəmiyyətin gələcəyi kimi qorumağa çağırır. Onun duyğulu qələmi oxucunun qəlbinə yol tapmağı bacarır.

“Kiçik Dünyam” sadəcə bir hekayə toplusu deyil, həm də gənc bir yazıçının dünyaya və insanlara baxış bucağını əks etdirən dəyərli bir ədəbi əsərdir.

Ayan Quluzadə "Kiçik Dünyam" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 2

Şərh Yaz
  1. Billure Quliyeva
    Billure Quliyeva
    Oxucu
    Uğurlarin bol olsun
  2. Ağ göyərçin
    Ağ göyərçin
    Oxucu
    Mən kitab yükləyə bilmirəm😢😔

Şərh Yaz