Theodora Ettings, ruhunun yarısı bir pəri tərəfindən lənətləndiyindən bəri nə utanmaq, nə də cəmiyyətin incə qaydalarına riayət etmək barədə narahatlıq hiss etmirdi. Londonun parlaq bal salonlarında hələ rəsmi olaraq cəmiyyətə təqdim olunmamış, qəribə bir gənc qadın olaraq yalnız özünə aid olmayan bir dünyada yer tutmağa çalışırdı.
Ancaq tale onu Londonun məşhur və tündxasiyyət sehrbazı Elias Wilder ilə qarşılaşdıranda hər şey dəyişəcəkdi. Elias, Londonda yayılan sirli və ölümcül bir sehr epidemiyasının sirrini açmağa çalışırdı. Eliasla birlikdə bu qaranlıq sirrin izinə düşən Dora həm nüfuzunu, həm də həyatını təhlükəyə atacaqdı.
Doranın üzərindəki lənət və cəmiyyətin kənarlaşdırdığı bu adamla qurduğu yaxınlıq onun onsuz da kövrək olan nüfuzunu tamamilə məhv edə bilərdi. Amma bəlkə də bu qeyri-adi bağ, Doranın itirdiyini sandığı ruhunu yenidən tapmasının yeganə yolu olacaqdı. Ruhunun yarısı əskik olsa belə, insan aşiq ola bilərmi?
"Möhtəşəm bir roman. Bir Ruhun Yarısı tam mənası ilə içinizi isidəcək." - HANNAH WHITTEN
"Sehrli, amma eyni zamanda yerində olan, şirin və sadə bir roman. Çox bəyəndim." - ALIX E. HARROW
"Böyük bir zövqlə, bir nəfəsə oxuduğum bir kitab oldu." - KJ CHARLES
"Bu sevimli və xəyalpərəst romantik fantastika sizi tamamilə təsiri altına alır." - MEGAN BANNEN
"Ağıllıca qurulmuş və ənənədən kənar Bir Ruhun Yarısı yalnız ürəyinizi deyil, içərinizdə qalan son ümid qırıntılarını da alovlandıracaq." - SHELLEY PARKER-CHAN
"Mükəmməl
Şərhlər 0
Şərh Yaz