Pierre Bourdieu "Kişi hökmranlığı" PDF
Kişi və ya qadın olaraq, anlamağa çalışdığımız obyektin içində yer alaraq, kişi qaydasının tarixi strukturlarını qavrama və dəyərləndirmə şüursuz sxemləri şəklində bədənimizə mənimsəmişik; buna görə də, kişi hökmranlığını düşünərkən, özləri də hökmranlığın məhsulu olan düşünmə tərzlərinə müraciət etmək riski daşıyırıq. Bu döngüdən qurtulmağa ümid edə bilməyimizin yeganə şərti, elmi obyektivləşmə məsələsini obyektivləşdirmək üçün praktik bir strategiya inkişaf etdirə bilməkdir. Burada qəbul edəcəyimiz bu strategiya "anlama kateqoriyaları"nı - ya da, Durkheim-in adlandırdığı kimi, dünyanı qurduğumuz "klassifikasiya formalarını" (lakin, bu dünyanın məhsulları olduqları üçün, fərq edilməsələr də bunlar da dünya ilə uyğundur) - araşdırmağı hədəfləyən transsendental bir düşüncə məşqini bir növ laboratoriya təcrübəsinə çevirməkdən ibarətdir: bu təcrübədə, həm ekzotik, həm də tanış, həm yad, həm də məlum olan orijinal bir tarixi cəmiyyətin -Kabil Berberləri- obyektiv strukturları və idrak formalarının etnoqrafik təhlili, kişi mərkəzli şüuraltının kateqoriyalarının obyektivləşdirilməsini hərəkətə keçirməyə qadir olan bir sosio-analiz aləti kimi istifadə olunacaqdır.
-Pierre Bourdieu-
-Pierre Bourdieu-
Pierre Bourdieu "Kişi hökmranlığı" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz