Azərbaycancaaz
Mir.az » Kitablar » Harriyet Biçer-Stou "Tom dayının daxması" PDF

Harriyet Biçer-Stou "Tom dayının daxması" PDF

Harriyet Biçer-Stou "Tom dayının daxması" PDF
  • Reytinq: 38
  • Şərhlər: 3
Populyarlıq 82% 82%


Diqqət Çəkənlər

Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı

Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır.

ABŞ-da quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-ın cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar.

Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur
Harriyet Biçer-Stou "Tom dayının daxması" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Bir möminə
    Bir möminə
    Şərhçi
    Möhtəşəm əsər idi. Oxumağınızı tövsiyə edirəm.
    • Vətən, qanun deyirsiniz. O qanunlar bizim razılığımız, iştirakımız olmadan verilib. Bu qanunlar bizim haqqımızı əlimizdən almaqdan savayı bir işə yaramır.
    • Eliza çamadanını hazırlayırdı. Corc ona baxıb dedi:
    - Ailə yiyəsi olmaq necə böyük xoşbəxtlikdir! Mən indi özümü hamıdan varlı, hamıdan güclü bilirəm. Hərçənd nə varım var, nə pulum, əllərimdən başqa da heç nəyə gümanım gəlmir.
    • Corc arvadına dedi:
    - Eliza, dostları, evi, torpağı, pulu olanlar bizim kimi güclü sevə bilməzlər. Axı bizim ayrı heç nəyimiz yoxdur. Məni anam sevirdi, bacım sevirdi. Emilinin o səhərki sözləri heç yadımdan çıxmaz.
    Həmin səhər qul alverçisi onu aparmalı idi. Mənə yaxınlaşıb dedi:
    «Yazıq Corc, sonuncu dostun da çıxıb gedir. Sənin axırın necə olacaq?» O vaxtdan ürəyim daşlaşdı. Sənə rast gələndən sonra ayrı adam oldum.
    Səni son nəfəsimədək qoruyacağam!
    • Topsi ömründə ilk dəfə belə mehriban sözlər eşidirdi. Bu mehribanlıq onun ürəyini yerindən oynatdı. Gözündə yaş parladı, amma elə o dəqiqə də üzü döndü. Axı o, gözünü açandan söyüş, danlaq eşitmişdi, qulağı yaxşı sözə alışmamışdı. Həm də belə sözlərə inanmırdı.
    •Uşaqları aldatmaq olmaz. Bir uşağa nifrət elədinsə, onun sevgisini heç nə ilə qazana bilməzsən.
  2. Bir möminə
    Bir möminə
    Şərhçi
    - Bura gəl, Tom dayı, - qadın əlini Tomun çiyninə qoyub pıçıldadı. - Bura gəl, səninlə söhbətim var.
    - Nə olub, missis Kassi? - Tom həyəcanla soruşdu.
    - İstəyirsən azadlığa çıxasan?
    - Vaxtım çatanda azad olacağam, missis Kassi, - Tom cavab verdi.
    - Yox, elə bu gün, elə indicə! - Kassi özünü qışqırmaqdan güclə saxladı. - Gedək mənimlə!
    Tom duruxub qalmışdı.
    - Gedək! - Kassi gözlərini onun üzünə dikdi. - Gedək! O yatıb.
    Mən onun stəkanına yuxu dərmanı tökmüşəm. Heyif az oldu, yoxsa səni köməyə çağırmazdım. Di yaxşı, gedək! Onun otağının qapısı açarlanmayıb. Mən orada balta gizlətmişəm. Özüm bitirərdim işini, qorxuram gücüm çatmaya.
    - Yox, missis Kassi, yox! - Tom onu saxlayıb qətiyyətlə dedi.
    - Bir fikirləş, gör nə qədər bədbəxt azadlığa çıxacaq!
    - Xeyr! - Tom əvvəlkindən də qəti dedi. - Şər iş heç vaxt xeyir gətirməz! Belə günaha batmaqdansa əlimi biləkdən kəsib ataram!
    - Onda bu işi mən özüm görərəm! - Kassi dedi.
    - Missis Kassi! - Tom qışqırıb onun qarşısında diz çökdü. - Yalvarıram, şeytanı qəlbinizə yaxın buraxmayın. Günaha batırmayın özünüzü! İlahi, düşmənlərimizi sevməyi öyrət bizə!
    - Sevməkmi? - Kassi gözlərini bərəltdi. - Bu cür düşməni sevmək? Axı bu, insan təbiətinə ziddir!
    - Elədir, missis Kassi! Ancaq Allah bizə özümüzə qalib gəlmək qabiliyyəti verib.
    Tomun sözləri, göz yaşlan qadının qəlbini yumşaltdı. Kassinin əzələləri boşaldı, heydən düşdü

    | “Tom dayının daxması” |
  3. Şəhanə Məmmədəlili
    Şəhanə Məmmədəlili
    Oxucu

    Buradan kitab necə yüklənir?


Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar