Yapon mədəniyyəti modern trendlər sayəsində çoxlarının diqqətini özünə çəkə bilib. Bunun nəticəsi olaraq "İthaki" nəşriyyatı "Japon klassikleri" adı altında janrı qorxudan detektivə, dramdan post-modernə kimi geniş diapazonda dəyişən seriyada oxuculara yapon mədəniyyəti və tarixini kəşf etmək imkanı yaradıb.
Seriyada əsasən son 150 ilin yazıçıları qələmlərini sınaqdan keçirərək yapon cəmiyyətinin sosial quruluşuna, milli adət-ənənələrə, günlük həyatlarına, problemlərinə işıq tutmağa çalışıb. Təqdim olunan bütün kitablar qısa həcmli, axıcı, lakin böyük ehtimalla, bir çox oxucunun öyrəşmədiyi üslub və süjet xəttinə malikdir. Mühafizəkar oxucuların Yapon incəsənətinin birmənalı qarşılanmayan nüanslarını nəzərə alaraq kitaba başlamalarını tövsiyə edirik.
Əgər siz də Yapon mədəniyyəti ilə maraqlanırsınızsa və ya fərqli mədəniyyəti araşdırmaq istəyirsinizsə, "Yapon klassikləri" seriyasına nəzər sala bilərsiniz. Siz həmçinin mir.az saytından seriyadakı bütün kitabları PDF formatında yükləyib oxuya bilərsiniz. Oxuduğunuz kitablar haqqında fikirlərinizi bölüşməyi unutmayın ki, digər oxucuların da fikir sahibi olmaları üçün faydalı olasınız.
İthaki Yayınları : "Yapon klassikləri" seriyası
Şərhlər 0
Şərh Yaz