Azərbaycancaaz
Mir.az » Resept » Qoz Şirniyyatı Resepti

Qoz Şirniyyatı Resepti

837
asan resept,asan yemək resept,sadə resept
5-620 calories, 5-6 grams fat
Qoz Şirniyyatı Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Görünüşüylə qozdan fərqlənməyən,ağızda dağılan kövrək bir şirniyyat “Qoz Şirniyyatı”. Bütün qonaqlarınız bu şirniyyata heyran olacaq və hamı sizi usta bir aşpaz kimi tanıyacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

5-6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • Xəmiri üçün:
  • 3 ədəd yumurta,
  • 250 qram şəkər tozu,
  • 200 qram marqarin,
  • 1 çimdik duz,
  • 2 stəkan un,
  • 1 çay qaşığı qabartma tozu
  • İçlik üçün:
  • 1-2 banka qaynadılmış qatılaşdırılmış süd,
  • Qoz ləpəsi (istəyə görə)

Hazırlanma qaydası:

Qoz peçenyesi hazırlamaq üçün əvvəlcə yumurtaları şəkər tozu ilə çalın.

Marqarini əridin, otaq temperaturunadək soyudun.

Sonra bu marqarini yumurtalı-şəkərli qarışığa əlavə edin.

Marqarin, yumurta və qoz qarışığına duz, un, qabartma tozu əlavə edin.

Qarışığını yaxşıca qarışdırın.

Sonra xəmirin özünü tutması üçün soyuducuya qoyun. Bir qədər soyuducuda saxlayın.

Sonra qoz peçenyesi qəlibinin hər iki tərəfinin içərisini bitki yağı ilə yağlayın.

Xəmiri soyuducudan çıxardırıq.

Çay qaşığı vasitəsi ilə xəmirdən götürüb formaları doldururuq.

Doldurduğumuz formaların qapağını bağlayıb bişiririk.

Bişmə əsnasında qoz peçenyesi formalarının kənarlarından çıxan xəmir artıqlarını kəsib götürürük.

Qatılaşdırılmış südü qaynadırıq.

Qoz ləpəsini əzirik.

Sonra qaynadılmış qatılaşdırılmış südü xırdalanmış qozla qarışdırıb qoz peçenyesinin içini doldururuq.

Nuş olsun!



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz