Azərbaycancaaz
Mir.az » Resept » Dadına , Görünüşünə Doyum Olmaz :Məşhur Ekler Resepti

Dadına , Görünüşünə Doyum Olmaz :Məşhur Ekler Resepti

2 790
asan resept,asan yemək resept,sadə resept
3045 calories, 30 grams fat
Dadına , Görünüşünə Doyum Olmaz :Məşhur Ekler Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Restoranlarda yediyiniz məşhur ekler artıq sizin süfrədə.Özü kiçik, ləzzəti böyük eklerləri hər kəs sevir. Başımıza gələn hər şeyi atıb mətbəxə yollanaq. Bir stəkan çay, bir stəkan kofe və ya hətta soyuq südlə uyğunlaşacaq dadlı çay saatı reseptimiz var!
Forma verdiyiniz ekler xəmirin ölçüsünə görə sayı dəyişəcək.Yumurta sarılarını bir-bir əlavə edin və xəmir soyuduqdan sonra forma verin.

NEÇƏ NƏFƏR ÜÇÜN

30 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 100 qram kərə yağı (7 xörək qaşığı)
  • 1 çay qaşığı şəkər tozu
  • 1/4 çay qaşığı duz
  • 1 stəkan su
  • 1 paket vanil
  • 4 ədəd yumurta
  • 1 stəkan un

  • Krem üçün:
  • 3 stəkan süd
  • 1 ədəd yumurtanın sarısı
  • 3 xörək qaşığı un
  • 2 xörək qaşığı buğda nişastası
  • 6 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı kərə yağı
  • 1 paket vanil
  • 1 paket krem şanti

  • Şokolad sousu üçün:
  • 200 qram şokolad (tünd və ya südlü)

Hazırlanma qaydası:

Əvvəlcə krem ​​hazırlayıb soyumasını gözlyin.Kremi bir gecə əvvəldən də hazırlaya bilərsiniz. Onda daha dadlı olacaq.
Kərə yağı, krem şanti və vanildən başqa bütün inqrediyentləri dərin bir qazana qoyun.
Davamlı olaraq qarışdırın. Qaynamağa başlayanda kərə yağı və vanili əlavə edib qarışdırdıqdan sonra ocaqdan götürün. Ara-sıra qarışdırıb soyudun. Soyudulmuş qarışığa krem şanti əlavə edib mikserlə çalın.Hazır olduqdan sonra soyuducuya qoyun.
Ekler xəmiri üçün qazana su və kərə yağı qoyub bir çimdik duz və şəkər tozu əlavə edin.Kərə yağı əriyib ,su qaynamağa başlayanda ocağın xodunu alıb unu əlavə edin. Hamar bir xəmir əldə etmək üçün daim qarışdırın. Xəmir tavaya yapışmayanda ocağı söndürün və soyumağa qoyun.
Soyudulmuş xəmirə yumurtaları bir-bir əlavə edib mikserlə qarışdırın. Xəmiri sıxma torbasına tökün.
Yağlı kağızla sərilmiş soba qabına müəyyən aralıqlarla xəmiri istədiyiniz ölçüdə sıxın.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 40-45 dəqiqə bişirin.
Bişmiş eklerləri dərhal sobadan götürməyin, yarım saat sobada qalmasına icazə verin.
Şokoladı benmaridə ( buğda ) əridin.
Soyuduqdan sonra eklerləri bıçaqla yarıya bölüb,içinə kremi sıxıb üstünü örtün.
Eklerlərin üst hissəsini ərinmiş şokoladın içinə batırın və üstünü zövqünüzə görə bəzəyin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz