Azərbaycancaaz
Mir.az » Resept » Ad günü Tortu Hazırdır: Bananlı Rulet Tort Resepti

Ad günü Tortu Hazırdır: Bananlı Rulet Tort Resepti

75
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Ad günü Tortu Hazırdır: Bananlı Rulet Tort Resepti

Yemək Haqqında:

Avropa mətbəxindən Şirniyyat resepti.
Şirniyayt evindən aldığınız kimi qəşəng və dadlı banan tortu hazırlamaq üçün mətbəxə keçin! Rulet tortu bükməyin nə qədər çətin olduğunu bilirsiniz. Bu resept sayəsində tortu asan şəkildə hazırlaya bilərsiniz.

Əgər inqrediyentləriniz hazırdırsa gəlin mətbəxə gedək və tortumuzu hazırlayaq!

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:


    Tort üçün:
  • 4 yumurta
  • 1 stəkan dənəvər şəkər
  • 3 xörək qaşığı su
  • 3 xörək qaşığı yağ
  • 1 stəkan (yığılmış) un
  • 1 paket vanil
  • 2 çay qaşığı qabartma tozu

  • Krem üçün:
  • 2,5 stəkan süd
  • 1/2 fincan un
  • 1/2 çay qaşığı pesok
  • 1 kiçik yumurta sarısı
  • 1 çay qaşığı nişasta
  • 1 paket vanil
  • 1 xörək qaşığı kərə yağı
  • 60 qram ağ şokolad (doğranmış)

  • İçi üçün:
  • 2 banan

  • Üste üçün:
  • 1 xörək qaşığı krem
  • 2 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Tort üçün; Yumurta və şəkər tozunu köpüklənənə qədər çalın. Su və yağ əlavə edin. Qarışığa un, vanilin və qabartma tozunu süzün. Sıx bir maye qarışığı əldə etmək üçün bütün maddələri qarışdırın.
Tort xəmirini çörək kağızı ilə örtülmüş bir çörək qabına götürün və bərabər şəkildə yayın. Fırında 170 dərəcədə 10-12 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra 3-4 dəqiqə gözlədikdən sonra qabartma kağızı ilə rulonla büküb otaq temperaturunda saxlayın.
Krem üçün; Süd, şəkər tozu, un, nişasta, yumurta sarısı və vanili bir qazanda qarışdırıb qatılaşana qədər bişirin. Qatılaşdırılmış kremə kərə yağı və ağ şokolad parçaları əlavə edin, qarışdırın, otaq temperaturunda soyumağa qoyun. Otaq temperaturunda soyuduqdan sonra 2 saat soyuducuda saxlayın.
Rulon şəklində saxladığınız tortu açıb içərisinə ağ şokoladlı krem çəkin. Bananları tortun sonuna doğru düzün və yuvarlayın. Hazırlanmış rulonlu tortu ən azı 1 saat soyuducuda saxlayın.
Süfrəyə verməzdən əvvəl üzərinə şəkər tozu səpin. Bəzəmək üçün ağ şokolad kremini zolaqlara sıxın, tort bəzəyi səpin və dilimlənərək xidmət edin. Nuş olsun!



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz