Azərbaycancaaz
Mir.az » Resept » Uşaqlarınızı Görünüşü ilə Sevindirin: Arı Yuvası Tortu Resepti

Uşaqlarınızı Görünüşü ilə Sevindirin: Arı Yuvası Tortu Resepti

464
asan resept,asan yemək resept,sadə resept
840 calories, 8 grams fat
Uşaqlarınızı Görünüşü ilə Sevindirin: Arı Yuvası Tortu Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
“Arı yuvası” tortu bayram süfrəsini bəzəyəcək maraqlı, qeyri-adi bir quruluşa sahib gözəl və ləzzətli bir tortdur. Mir. az asan hazırlanan ləzzətli tortun hazırlanma qaydasını təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:


    Biskvit üçün:
  • 3 ədəd yumurta
  • 85 qr şəkər tozu
  • 1/4 stəkan portağal suyu
  • 55 qr un
  • 25 qr kakao

  • Biskviti islatmaq üçün:
  • 1 stəkan süd
  • 1 çay qaşığı şəkər tozu

  • Arasına yaxmaq üçün pudinq:
  • 2,5 stəkan süd
  • 1/2 stəkan şəkər tozu
  • 1/2 stəkan un
  • 2 çay qaşığı nişasta
  • 1 paket vanil
  • 1 ədəd yumurta sarısı

  • Ara qatları üçün:
  • 2 ədəd banan

  • Üzərinə yaxmaq üçün krem:
  • 1 paket qaymaq
  • 3 xörək qaşığı şəkər kirşanı
  • 1 paket vanil
  • 1 çay qaşığı sarıkök və ya 2-3 damcı sarı qida boyası
  • 2-3 xörək qaşığı şanti krem tozu

  • Arılar üçün:
  • Sarı və ağ şəkər xəmiri
  • Qara rəng qida boyası ya da qara qida qələmi

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırın.
Bir qabda yumurta ağlarını şəkər tozunun yarısı ilə mikserlə yaxşıca çırpın. Şəkər tozunun qalan yarısı ilə yumurta sarılarını mayonez kimi olana qədər çırpın. Portağal suyunu da əlavə edib çırpmağa davam edin.
Geniş bir qabda hər iki qarışığı taxta qaşıqla yavaş-yavaş qarışdırın. Üzərinə ələnmiş un və kakaonu da əlavə edib ehtiyyatla qarışdırmağandavam edin. Yuvarlaq kasa şəklindəki borcam qəlibini kərəyağı ilə yağlayın və hazırladığınız xəmiri içərisinə tökün. Qəlibin üzərini alüminium folqa ilə bağlayıb əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada 30 dəqiqə bişirdikdən sonra üzərindəki folqanı çıxarıb 10 dəqiqə daha bişirin. İçərisinin bişib bişmədiyini təmiz bir bıçaq vasitəsilə yoxlayın.
Biskviti sobadan çıxarıb soyudun. (Biskviti bir gecə saxlasanız daha yaxşı olar. )Hazır biskviti 3 və ya 4 hissəyə ayırın.
Kremi hazırlamaq üçün bir qazana süd, nişasta, şəkər tozu, yumurta sarısı, un və vanili töküb orta ocaqda tel çırpıcıyla qarışdıraraq bişirin. Qatılaşdıqda ocağı söndürüb arabir qarışdıraraq soyudun.
Biskvitləri islatmaq üçün 1 stəkan südün üzərinə 1 çay qaşığı şəkər tozu töküb qarışdırın. Biskvitin qatlarını az şəkər tozuyla dadlandırılmış südlə isladıb aralarına pudinq yaxın. Banan dilimləri qoyub qatları üst-üstə qoyun.
Krem üçün qaymağı mikserin yüksək sürətilə yaxşıca çırpın. Şəkər kirşanını və vanili əlavə edib çırpmağa davam edin. Kreminiz bərkiməyə başladıqda şanti krem tozu və zəncəfil əlavə edib çırpın.
Sarı rəngli kremi tortun üstünə və kənarlarına yaxın. Şəkər xəmiri ilə arılar hazırlayıb tortun üzərinə yerləşdirin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz