Azərbaycancaaz
Mir.az » Resept » "Yeni il" tortu resepti

"Yeni il" tortu resepti

500
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
"Yeni il" tortu resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qarşıdan Yeni il gelir. Süfrələrinizi bəzəyəcək ‘’Yeni il ‘’tortu hazırlamağa nə deyirsiz?

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:


    Pandispaniya üçün:
  • 4 ədəd yumurta
  • 1 stekan şəkər tozu
  • 2,5 - 3 stekan un
  • 1 ədəd qabartma tozu
  • 1 ədəd vanel

  • Ağ şokoladlı xəmir krem üçün :
  • 4 stekan süd
  • 1 ədəd vanil
  • 1 stekan şəkər tozu
  • 3 xörək qaşığı un
  • 3 xörək qaşığı qarğıdalı nişastası
  • 4 ədəd yumurta sarısı
  • 100 qram ağ şokolad

  • Üzəri üçün :
  • 1 ədəd nar ( dənələnmiş )

  • Arası üçün :
  • 1kasa xırda doğranmış fındıq

Hazırlanma qaydası:

Sobanı 170 dərəcə qızdırın.
Yumurta və şəkər tozunu təxminən 10 dəqiqə köpüklənənə qədər çalın.
Un, qabartma tozu və vanili bir qaba ələyin.
Həmin qarışımın üzərinə 3dəfə olmaqla yavaş-yavaş əlavə edib spatula ilə qarışdırın.
Hazırladığınız tort xəmirini yağladığınız və unladığınız 18 sm-lik tort qabına əlavə edin.
Sobada 35-40 dəqiqə ərzində bişirin.
Pandispaniyanı soyuması üçün 1-2 saat kənara alın.

Ağ şokoladlı xəmir kreminin hazırlanması:
Yumurta sarısı və şəkəri mikserlə çalın.Sonra un və nişastanı əlavə edib taxta qaşıq ilə qarıştırın.
Südün üzərinə vaneli əlavə edib qaynayana kimi bişirin.
Bir çömçə köməyi ilə yumurta qarışığına 1-2 çömçə qaynar süd əlavə edin.
Temperaturlar bərabər olduqdan sonra qalan südü yenidən qazın üzərinə qoyun və yumurtalı qarışığı südə əlavə edin və çəngəl ilə çırpın.
Krem halını alana qədər çırpın və ocaqdan götürün.
1-2 dəqiqə sonra yenidən çırpmağa davam edin və ağ şokoladı əlavə edib yaxşıca qarışdırın.

Tortun Hazırlanması:
Pandispaniyanı üç bərabər hissəyə bölün.
Hər təbəqəni südlə isladın.
Soyudulmuş kremi qaşıq köməyi ilə təbəqələr arasında paylayın.
Doğranmış fındıqları laylara səpin.
Tortun üstünü xəmir kremi ilə örtün və kənarlarını bıçağın arxası və ya spatula ilə yayın.
Tortun üzərinə nar dənələri və yeməli yarpaqları səliqəli şəkildə yerləşdirin. Soyuducuda 4-5 saat saxlayıb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz