Muss Tort Resepti
Yemək Haqqında:
Rusiya mətbəxindən Şirniyyat resepti.
Dadlı,ləzzətli,dadı damaqlarda qalacaq bir ləzzət. Moruqlu, plombir musslu ‘’Muss Tort’’

NEÇƏ NƏFƏR ÜÇÜN
5-6 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
Pandispaniya:1 ədəd yumurta
30 qram un
80 qram şəkər tozu
Moruqlu içlik:
300 qram donmuş moruq
170 ml 33%li qaymaq
70 qram şəkər tozu
6 qram jelatin + 36 ml soyuq su
Qaymaqlı plombir muss:
220 qram krem pendir (otaq temperaturunda)
250 ml 33%li soyuq qaymaq
75 qram şəkər tozu
10 qram vanil
6 qram jelatin + 36 ml soyuq su
Hazırlanma qaydası:
Yumurta və şəkər tozunu birlikdə ağarana qədər mikserlə çalın. Unu əlavə edərək taxta qaşıqla qarışdırın.18 sm-lik qəlibə boşaldıb 170°C-də bişirin. Xəmir az olduğu üçün tez bişəcək. Ehtiyatlı olun. Bişmiş pandispaniyanı tam soyudun.
⠀
Jelatini suda şişməyə qoyun. Moruğu da qoyun kenarda buzu açılsın. Buzu açıldıqdan sonra çıxan suyu atın. Meyvənin ⅔ hissəsini blenderdən keçirdikden sonra süzgəcdən də keçirin ki, tumlar təmizlənsin.
Soyuq qaymağı çalın, şəkər tozunu əlavə edib tam köpük halını alana qədər prosesi davam etdirin. Üzərinə moruq püresini əlavə edib çalmağa davam edin. Ən sonda jelatini mikrodalğalı sobada əridib əlavə etdikdən sonra tam qarışana qədər çalın. 16 sm-lik qəlibin içinə töküb üzərinə qalan moruqları düzüb səliqəli formada düzəldib tam doldurun.
Jelatini suda şişməyə qoyun. Qaymağı yarı çalınmış vəziyyətə gətirin, şəkər tozunu əlavə edib tam bərkiyənə qədər çalın. Üzərinə vanili və qaşıq-qaşıq pendiri əlavə edib, çalmağa davam edin. Jelatini mikrodalğalı sobada əridib məhlula əlavə edib tam həll olana qədər çalın.
Silikon qəlibi düz bir şeyin üzərinə qoyun. Plombir mussun yarısını qəlibə əlavə edin. Mussun qəlibə tam oturması üçün qəlibi bir neçə dəfə stola vurun. Üzərinə moruqlu mussu səliqəli şəkildə yerləşdirin. Qalan plombir mussun hamısını buraya töküb üzərinə biskviti yerləşdirin.Yenə bir neçə dəfə stola vurun. Üzərini streçlə örtüb buzxanaya qoyun.Bir gecə donmaya buraxılır. Səhərisi gün donmuş tortu ehtiyatlı şəkildə qəlibdən çıxarıb, bir qaba yerləşdirin. Hazırdır.Zövqə görə bəzəyə bilərsiniz.
Nuş olsun?
Hazırladı : Aygün Əliyarqızı

Şərhlər 2
Şərh Yaz