Azərbaycancaaz
Mir.az » Resept » Qışın isti yeməyi Əvəlik Şorbası Resepti

Qışın isti yeməyi Əvəlik Şorbası Resepti

117
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
Qışın isti yeməyi Əvəlik Şorbası Resepti

Yemək Haqqında:

Azerbaycan mətbəxindən Sulu yemək resepti.
Sizin zonada edirlər bu şorbadan??

Əvəlik şorbasını bir az fərqli etdim bu dəfə.
Ümumiyyətlə şorbalara daha çox yer verməyə çalışıram. Hələ içində faydalı ərzaqlar varsa?

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 1 baş soğan
  • 1 y/q qiymə
  • 1 ədəd kartof
  • 1 st lobya (bişmiş)
  • 100 qr əriştə
  • əvəlik
  • duz, istiot, paprika
  • keşniş, şüyüd

Hazırlanma qaydası:

Soğanı bir az qovurub, dadı çıxsın deyə 1 qaşıq qiymə əlavə etdim. Daha sonra doğranmış kartofu töküb 3-4 dəqiqə qovurdum.
Üzərinə qaynar su töküb, kənarda bişirdiyim lobyanı əlavə etdim.

Bir az qaynadıqdan sonra əriştəni tökdüm. Kartof və əriştə bişəndən sonra isə kənarda qaynatdığım əvəliyi əlavə etdim.

Bir neçə dəqiqədən sonra üzərinə göyərtisini vurub qazdan aldım. Servis edərkən üzərinə nar fənələri səpdim?
Çox dadlı alınmışdı, mütləq hazırlayın





Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz