Azərbaycancaaz
Mir.az » Resept » Naxçıvan Mətbəxindən : Maş Lobya Şorbası Resepti

Naxçıvan Mətbəxindən : Maş Lobya Şorbası Resepti

62
asan resept,asan yemək resept,sadə resept
490 calories, 4 grams fat
Naxçıvan Mətbəxindən : Maş Lobya Şorbası Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şorba resepti.
Qeyri-adi dadı ilə maş lobya şorbası Ordubad şəhərinin ən məşhur yeməklərindəndir. Mir.az lif və zülallarla zəngin, tərkibində B qrupu vitaminlər olan maş lobyadan hazırlanan şorbanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

90 dəqiqə

Tərkibi:

  • 500 qr qoyun və ya mal əti (sümüklü və ya sümüksüz)
  • 1 stəkan maş lobya
  • 2 xörək qaşığı ərinmiş kərə yağı
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı tomat
  • 8 stəkan su
  • 4 ədəd kartof
  • 4 ədəd gavalı qurusu
  • 1 xörək qaşığı nanə qurusu
  • 1 xörək qaşığı duz
  • 1 çay qaşığı istiot

Hazırlanma qaydası:

Gecədən maş lobyanı soyuq suda isladın.
İsladılmış lobyanı süzüb 15 dəqiqə qaynadın.
( Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. )Maş lobyanı süzüb yuyun və kənara qoyun. Bir qazanda kərə yağını isidib əti əlavə edin və yağda təxminən 15 dəqiqə arabir qarışdıraraq qızardın. Xırda doğranmış soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin. Tomat da əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirməyə davam edin. Zövqə görə duz, istiot vurun.
Süzdüyünüz maş lobyanı qazana əlavə edib üstünə 8 stəkan su töküb qaynadın. Qazanın qapağını örtüb zəif odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin. Kartof, gavalı qurusu və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin.( Bu şorba nə çox duru, nə də çox qatı olmalıdır. ) Bişdikdən sonra üzərinə nanə qurusu da səpib isti-isti süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN 😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz