Azərbaycancaaz
Mir.az » Resept » Axşamın Yeməyi Hazır: Qozlu Əriştə Resepti

Axşamın Yeməyi Hazır: Qozlu Əriştə Resepti

46
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Axşamın Yeməyi Hazır: Qozlu Əriştə Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Qozla əriştə olarmı ? -deməyin. Qozun yaraşmadığı salat ,yemək , desert, şirniyyat yoxdur. İçinə girdiyi hər şeyi öz dadı ,doyuruculuğu ilə ləzətləndirir,damaqlardan getməyən dad buraxır.
Mir.az qozlu əriştə reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 stəkan əriştə
3,5 stəkan qaynadılmış qaynar su
1 stəkan iri doğranmış qoz
1/2 çay qaşığı maye yağ
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz

Hazırlanma qaydası:

Tavaya yağ əlavə edib qızdırın və dərhal əriştəni atıb orta odda təxminən beş dəqiqə yüngülcə qovurun. Çox qızartmadan tünd rəng olanda duz əlavə edib qarışdırın və dərhal üzərinə qaynar su töküb qarışdıraraq qaynamağa buraxın.
Əriştə bişərkən kərə yağını balaca tavada əridin və bir az qızarmağa başlayanda qozları əlavə edib bir neçə dəqiqə daha qozla qovurub ocaqdan götürün.
Əriştə suyunu yaxşı çəkdikdən sonra ocaqdan götürüb beş dəqiqə dəmləməyə buraxın.
Sonra yağlı qozu əriştənin üzərinə töküb qarışdırın və isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz