Azərbaycancaaz
Mir.az » Resept » Ağızda Dağılan Mükəmməl Dadı İlə : Almalı Peçenye Resepti

Ağızda Dağılan Mükəmməl Dadı İlə : Almalı Peçenye Resepti

346
asan resept,asan yemək resept,sadə resept
1025 calories, 10 grams fat
Ağızda Dağılan Mükəmməl Dadı İlə : Almalı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Budur ən gözəl alma peçenyesi, ən gözəl peçenye reseptlərindən biri! Ağızda dağılan dadı və asan hazırlanması ilə ürəyinizi fəth edəcək.Alma peçenyesi tərkib hissəsi və xəmiri ilə tam ölçülü alma peçenyesi hazırlamaq istəyənlərin köməyinə çatacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 4 stəkan un
  • 3/4 stəkan şəkər tozu
  • 3/4 stəkan qatıq
  • 1/2stəkan maye yağ
  • 200 qram kərə yağı və ya marqarin
  • 1 çay qaşığı soda
  • 1 çay qaşığı limon suyu

  • Almalı içlik üçün:
  • 4 ədəd qırmızı alma ( rəndələnmiş )
  • 1/2 stəkan şəkər tozu
  • 1 çay qaşığı darçın
  • 1/2 stəkan əzilmiş qoz ləpəsi

Hazırlanma qaydası:

Tavaya 4 ədəd rəndələnmiş almanı töküb,üzərinə
şəkər tozunu əlavə edib almaların rəngi dəyişənə ( karamelize) kimi bişirin. Alma bişdikdən sonra üzərinə yarım stəkan əzilmiş qoz və 1 çay qaşığı darçın əlavə edib qarışdırın.
Xəmiri hazırlamaq üçün bir qabda limon suyu və sodanı qarışdırın.Dərin bir qaba kərə yağı, qatıq, şəkər tozu töküb limonlu soda qarışığı ilə birləşdirin.
Yumşaq, lakin yapışmayan xəmir əldə etmək üçün unu yavaş-yavaş əlavə edin.
Xəmiri masanın üzərində oxlovla açın. Stəkanın ağzı ilə yumru formada kesib ortasına alma püresi qoyub hər iki tərəfini bükün.
Peçenyeləri soba qabına qoyub əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20-25 dəqiqə qızılı rəng alana qədər bişirin.
Otaq istiliyinə gələndən sonra üzərinə şəkər tozu səpin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz