Azərbaycancaaz
Mir.az » Resept » Bu Şirniyyat Bir Başqa Aləmdi:Almalı və Darçınlı Asan Şirniyyat Resepti

Bu Şirniyyat Bir Başqa Aləmdi:Almalı və Darçınlı Asan Şirniyyat Resepti

359
asan resept,asan yemək resept,sadə resept
1012 calories, 10 grams fat
Bu Şirniyyat Bir Başqa Aləmdi:Almalı və Darçınlı Asan Şirniyyat Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Elə şirniyyatlar var ki, yerindən qalxıb, çay dəmləyib qonşularla bir araya gəlməyi tələb edir. Budur, bütün evinizi bürüyəcək ləzzətli qoxusu ilə almalı darçınlı şirniyyat…
Alma, darçın və qozun mükəmməl harmoniyasına qəhvəyi şəkər tozu əlavə edilir. Və bu dadlı içlik xırtıldayan şirniyyatın dadına dad qatır.
Üzərinə pudra şəkər əlavə etdikdən sonra bu ləzzətli dad sizə çay dəmləmək üçün bəhanə yaradacaq. Bu almalı şirniyyat reseptini mütləq reseptlər kitabına əlavə etməlisiz yoxsa çox üzüləcəksiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

12 dəqiqə

Tərkibi:

  • 3 stəkan un
  • 1 stəkan şəkər tozu
  • 1/2 paket marqarin (125 qram)
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 2 xörək qaşığı qarğıdalı nişastası
  • 1/4 stəkan süd
  • 1 xörək qaşığı qatıq
  • 1 ədəd yumurta

  • İçlik üçün:
  • 2 ədəd alma
  • 3 xörək qaşığı qəhvəyi şəkər tozu
  • 1 çay qaşığı darçın
  • 1/2 stəkan qoz ləpəsi
  • 1/2 stəkan pudra şəkəri (üstünə səpmək üçün)
  • 1/2 limon suyu

Hazırlanma qaydası:

İçliyin hazırlanması:
Almaların qabığını soyub sürtkəcdən keçirin.
Kiçik bir tavaya alma, qəhvəyi şəkər tozu və darçın əlavə edib qaynamağa qoyun. Qaynadıqdan sonra limon sıxıb , qoz əlavə edib almalar bişənə və yumşaq olana qədər qarışdırmağa davam edin.
Almalar yumşaq olduqda ocaqdan götürüb soyumağını gözləyin.
Xəmirin Hazırlanması:
Sobanı 165 dərəcəyə qoyun.
Unu bir qaba ələyib digər inqrediyentləri yavaş-yavaş una əlavə edin.
Bütün inqrediyentləri əlavə etdikdən sonra xəmiri yoğurmağa başlayın və yumşaq ,ələyapışmayan xəmir alınana qədər yoğurun.
Xəmir qulaq məməsi kimi olana qədər un əlavə etməyə davam edin.
Xəmiri streçə büküb 30 dəqiqə soyuducuya qoyun.
Soyumuş xəmiri çıxarıb iki bərabər hissəyə bölün.
İki hissəyə böldüyünüz xəmiri kündələyib oxlovla 1-2 sm qalınlığında nazikləşdirin.
Xəmiri 8 bərabər üçbucağa bölüb,içlik qoyub bükün. Şirniyyatları yağlı kağız sərilmiş soba qabına düzün.
Şirniyyatlar çox qızarmadan sobadan çıxarıb soyuduqdan sonra şəkər tozu səpib süfrəyə verin.


NUŞ OLSUN ?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz