Azərbaycancaaz
Mir.az » Resept » Bu Peçenye Bir Başqa : Almalı Darçınlı Peçenye Resepti

Bu Peçenye Bir Başqa : Almalı Darçınlı Peçenye Resepti

454
asan resept,asan yemək resept,sadə resept
1225 calories, 12 grams fat
Bu Peçenye Bir Başqa : Almalı Darçınlı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Elə peçenyelər var ki, yerindən durub ,çay dəmləyib qonşunu çağırmaq istəyərsən. Budur, bütün evinizi bürüyəcək ləzzətli qoxusu ilə almalı darçınlı peçenye…
Qəhvəyi şəkərin ən karamelize edilmiş forması alma, darçın və qozun mükəmməl harmoniyasına əlavə edilir. Bu dadlı məhlulun ətrafını sarıyan xırtıldayan peçenye xəmiri də güc birliyinə böyük dəstək verir.
Pudra şəkəri tozu ilə bitən bu ləzzətli dad sizə çay dəmləmək üçün bəhanə yaradır. Bu almalı peçenye reseptini reseptlər kitabına əlavə etməsən, çox üzüləcəksən.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

250 qram kərə yağı
1 ədəd yumurta
1/2 çay fincanı süd
2 xörək qaşığı qatıq
1 stəkan şəkər tozu
1 stəkan qarğıdalı nişastası
1 paket qabartma tozu
1 paket vanil
4 stəkan un

İçlik üçün:
3 ədəd alma
3 xörək qaşığı şəkər tozu
1 çay qaşığı darçın
1/2 stəkan qoz ləpəsi

Üzəri üçün:
2 xörək qaşığı şəkər tozu
1/2 çay qaşığı darçın

Hazırlanma qaydası:

İçliyin hazırlanması:
Almaların qabığını soyub sürtgəcdən keçirin və tavaya qoyub orta istilikdə suyu çəkilənə qədər qızardın.
Üzərinə darçın ,doğranmış qoz və şəkər tozu əlavə edib qarışdırın və ocaqdan götürüb yan tərəfdə soyumağa qoyun.
Xəmirin Hazırlanması:
Dərin bir qaba otaq temperaturunda yumşaldılmış kərə yağı, yumurta, süd və qatıq əlavə edib qarışdırın.
Un, nişasta, qabartma tozu, vanil və şəkər tozunu da əlavə edib yapışmayan xəmir alınana qədər yoğurun.
Xəmirdən top böyüklüyündə kündələr edib oxlovla açın və cızıqlar çəkin.
Almalı içliyi cızıqların əks istiqamətinə tökün və rulon formasında sarıyın.
Peçenyeləri yağlı kağız sərilmiş soba nimçəsinə düzüb əvvəlcədən isidilmiş 170 dərəcə sobada 25 dəqiqə bişirin.
Soyuduqdan sonra üzərinə şəkər tozu və darçın qarışığını səpib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz