Azərbaycancaaz
Mir.az » Resept » Unudulmaz Bir Səhər Üçün Börək Dadında Omlet Resepti

Unudulmaz Bir Səhər Üçün Börək Dadında Omlet Resepti

35
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Unudulmaz Bir Səhər Üçün Börək Dadında Omlet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Səhər yeməyi üçün börəyi ayrıca, omleti isə ayrıca hazırlamaq bir qədər vaxt tələb edir. Amma hər ikisinin də qəlbimizdə çox xüsusi yeri var. Hər ikisini bir reseptlə etməyə hazırsınız? Üstəlik, o daha da dadlı və ləzzətlidir. Dilim-dilim yeyilir və çox doyurucudur.Hazırlanması da çox asandır.
Evinizdə həmişə olan,bildiyiniz inqrediyentlər bir qabda yaxşıca qarışdırılır. Sonra yağlanmış tavada az odda hər iki tərəfi qızardılır.Sonra dilimlənib süfrəyə verilir. Bu, ləzzətli omleti və içərisində həm kartof, həm də pendir olan yumşaq börəyi xatırladır.
Yalnız səhər yeməyində deyil, günün istənilən saatı yeyə bilərsiz.
İstəsəniz üstünə holland pendiri səpib bir neçə dəqiqə də bişirə bilərsiniz.
Pomidor və balqabaq kimi müxtəlif tərəvəzləri əlavə edərək dadını daha da zənginləşdirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 6 ədəd yumurta
  • 1 ədəd orta ölçü qaynadılmış kartof
  • 2 dilim pendir (kəsmik də olar)
  • 2 xörək qaşığı zeytun yağı
  • 1/3 stəkan süd
  • 3,5 xörək qaşığı un
  • 1 çay qaşığı qabartma tozu
  • Yarım dəstə incə doğranmış cəfəri
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1 çay qaşığı duz

  • Bişirmək üçün:
  • 2 xörək qaşığı kərə yağı

Hazırlanma qaydası:

Yumurtaların üzərinə süd əlavə edib yaxşıca çalın.
Kartofu sürtkəcdən keçirin.
Un və duzdan başqa bütün inqrediyentləri əlavə edib yaxşıca qarışdırın.
Sonda unu və duzu əlavə edib kərə yağı ilə yağlanıb qızdırılan tavada zəif odda ,qapağı bağlı şəkildə bişirib qızardın.
Bir tərəfinin bişdiyinə əmin olduqdan sonra qabın qapağının köməyi ilə digər tərəfini çevirib yaxşıca qızardın.
Bişdikdən sonra dilimləyib süfrəyə verə bilərsiz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz