Yeməkdən Doymaq Olmaz: Pendir Toplu Salat Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Hər gün eyni nahar yeməkdən bezdiniz? Sağlam və qidalı nahar axtaranlar,dadlı salata üstünlük vermək istəyənlər üçün ləzzətli təklifimiz var. Üç fərqli pendir və müxtəlif ədviyyatlar birləşdirilərək hazırlanan pendir topları mövsümə uyğun göyərti və tərəvəzlərlə bir boşqabda bir araya gələrək asan və dadlı bir resept əldə edilir.
Mir.az ofisdə və ya məktəbdə nahar zamanı rahatlıqla yeyə biləcəyiniz pendir topları reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
1 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
1 stəkan kəsmik pendir3 xörək qaşığı süzmə pendir
2,5 xörək qaşığı ağ pendir ( yağlı pendir )
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qara zirə
1 ovuc cəfəri (doğranmış)
1/4 ədəd kahı
6 yarpaq roka
1 ədəd kök
1 ədəd xiyar
1 ədəd yaşıl bibər
3 ədəd pomidor soku
1 dilim limon
Hazırlanma qaydası:
Bütün pendirləri böyük bir qaba töküb üzərinə üyüdülmüş qırmızı bibər tozu,kəklikotu, qara zirə toxumu və xırda doğranmış cəfəri əlavə edib çəngəl ilə əzin. Qoz böyüklüyündə parçalara ayıraraq forma verin və hazırladığınız pendir toplarını kənara qoyun.
Bütün göyərti və tərəvəzləri yuyun.
Kahını doğrayıb üzərinə yerkökünü sürtgəcdən keçirin və roka yarpaqlarını əlavə edin.
Ardı ilə xiyarları, yaşıl bibərləri və pomidorları doğrayıb üzərinə əlavə edin.
Sonda qara zirə səpdiyiniz pendir toplarını servis boşqabına düzün və süfrəyə verməzdən əvvəl limon sıxıb yaxşıca qarışdırın.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz