Azərbaycancaaz
Mir.az » Resept » 5 Dəqiqəyə Süfrədə : Lavaşda Asan Pizza Resepti

5 Dəqiqəyə Süfrədə : Lavaşda Asan Pizza Resepti

200
asan resept,asan yemək resept,sadə resept
15 calories, 1 grams fat
5 Dəqiqəyə Süfrədə : Lavaşda Asan Pizza Resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən Pizza resepti.
Heç bir başqa pizzada belə nazik xəmir yoxdur! Bu pizzanın əsası xəmir yox, lavaş təşkil edir. Bişdikdən sonra kənarları xırçıldayan, ancaq içi yumşaq və ləzzətli olur. Mir.az ən tez hazırlanan pizza reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

  • 2 ədəd lavaş (tava böyüklüyündə, dairəvi lavaş)
  • 200 qr Sürtgəcdən keçilmiş holland pendiri
  • 1 xörək qaşığı tomat pastası
  • 6 dilim kolbasa
  • 2 ədəd pomidor

Hazırlanma qaydası:

İlk öncə lavaşın birini tavaya qoyub üzərinə holland pendir səpib (bu lavaşların bir-birinə yapışması üçündür) üzərinə ikinci lavaşı yerləşdirin. Lavaşın üzərinə tomat pastası yaxıb, yarım halqa doğranmış kolbasa dilimi və pomidorları düzüb, holland pendiri səpin və tavanın qapağını örtün.
Orta ocaqda qapağı bağlı, təxminən 5 dəqiqə pendir əriyənədək bişirin.
Üzərinə 1 çimdik xırda doğranmış keşniş, duz və istiot səpib süfrəyə verin.
Üzəri üçün zövqə görə başqa məhsullar düzüb bişirə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz