Azərbaycancaaz
Mir.az » Resept » Salatı Bir Başqa : Tərəvəzlərlə Zəngin Makaron Salatı Resepti

Salatı Bir Başqa : Tərəvəzlərlə Zəngin Makaron Salatı Resepti

282
asan resept,asan yemək resept,sadə resept
412 calories, 4 grams fat
Salatı Bir Başqa : Tərəvəzlərlə Zəngin Makaron Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Evinizdə olan məhsullardan asan və doyurucu bir yemək hazırlamaq istəyərdinizmi? Qəlyanaltı menyusuna çox uyğun olan makaron salatı tərəvəz yemək istəməyən uşaqlar üçün də idealdır. Makaronun içərisində gizlənən tərəvəzləri uşaqlar sevərək yeyəcək. Mir.az rəngli və çox ləzzətli makaron salatının reseptini təqdim edir.
Qeyd: Qaynadılan makaronu yalnız süzün, durulamayın (yaxalamayın, üstündən su gəzdirməyin!). Əks halda ləzzətini itirəcək və sousu ilə uyğunlaşmayacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

12 dəqiqə

Tərkibi:

  • 1 paket tərəvəzli burğu makaron
  • 1 stəkan konservləşdirilmiş tərəvəz qarışığı
  • 6 ədəd xiyar turşusu
  • 1/4 dəstə şüyüd
  • 1/2 stəkan xama
  • 1 stəkan süzmə qatıq
  • 1 xörək qaşığı mayonez
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı nanə qurusu
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

1 paket burğu makaronu duz və zeytun yağı əlavə olunmuş qaynar suda 10- 12 dəqiqə bişirin. Suyunu süzün və soyuması üçün kənara qoyun.
Salatın sousunu hazırlamaq üçün bir qabda 1 stəkan qatıq, yarım stəkan xama və 1 xörək qaşığı mayonezi qarışdırın.
Qaynadılan makaronu, bir ovuc doğranmış şüyüd ,6 ədəd doğranmış xiyar turşusunu və 1 stəkan konservləşdirilmiş tərəvəz qarışığını salat kasasına töküb yaxşıca qarışdırın.
Zövqə görə 1 çay qaşığı nanə qurusu əlavə edib hazır salatı gözlətmədən süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz