Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Görüntüdə: Qatıq Souslu Kartof Resepti

Fərqli Görüntüdə: Qatıq Souslu Kartof Resepti

267
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Fərqli Görüntüdə: Qatıq Souslu Kartof Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Sıra gəldi kartofla başqa bir salat hazırlamağa. Quru ədviyyatlarla hazırlayacağınız qatıq sousunun kartof salatına çox yaraşacağına əminəm.
Fərqli görünüşdə və qida dəyəri ilə qatıq souslu kartof salatı bir nahar yeməyi də ola bilər
Hazırlayıb dadına, doyumluluğuna özünüz şahid ola bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 4 ədəd kartof
  • 1/2 ədəd kiçik bənövşəyi kələm
  • Yarım dəstə təzə soğan
  • Yarım dəstə şüyüd
  • 2 xörək qaşığı zeytun yağı
  • 6 xörək qaşığı qatıq
  • 1 xörək qaşığı mayonez
  • 1 çay qaşığı xardal
  • 1 çay qaşığı bal
  • 1 çay qaşığı alma sirkəsi
  • 1 çay qaşığı tərəvəz ədviyyatı( zövqə görə )
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Kartofun qabığını soymadan orta istilikdə 30 dəqiqə qaynadın.
Bişdikdən sonra qabığını soyub böyük kub şəklində doğrayıb dərin salat qabına qoyun.
Soğanları halqa şəklində,şüyüdləri isə incə doğrayın.
Bənövşəyi kələmi xırda doğradıqdan sonra duzla ovuşdurub,yumşaldıb acısını çıxarın. Duzlu suyun getməsi üçün kələmi süzgəcdə yaxalayın.
Salatın sousunu hazırlamaq üçün kiçik bir qabda zeytun yağı, qatıq, mayonez, xardal, bal, alma sirkəsi, qurudulmuş tərəvəz ədviyyatı və duzu qarışdırın.
Doğranmış göyərtiləri salat qabına töküb kartofla qarışdırdıqdan sonra sousu əlavə edin və kartofun əzilməməsi üçün yenidən qarışdırıb servis edin.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz