Azərbaycancaaz
Mir.az » Resept » Portağal Ətirli : Qırmızı Kələm Salatı Resepti

Portağal Ətirli : Qırmızı Kələm Salatı Resepti

31
asan resept,asan yemək resept,sadə resept
2 calories, 2 grams fat
Portağal Ətirli : Qırmızı Kələm Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Portağal dilimləri və qırmızı kələm ilə çox asan, dadlı və fərqli salat hazırlaya bilərsiniz. Mir.az dadlı salatın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 1 ədəd kiçik ölçüdə qırmızı ( bənövşəyi) kələm
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı şəkər tozu
  • 3 ədəd portağal
  • 1 stəkan üzüm qurusu
  • İstəyə görə qoz və ya günəbaxan ləpəsi

  • Sousu üçün:
  • 3 ədəd portağalın qalan hissəsi
  • 1/3 çay qaşığı duz
  • 1 çay qaşığı zeytun yağı
  • 1 çay qaşığı alma sirkəsi
  • Zövqə görə dənəvər xardal

Hazırlanma qaydası:

Əvvəlcə qırmızı kələmi nazik doğrayın.
Bir qabda doğranmış kələmin üzərinə duz və şəkər tozu səpib əllə ovuşdurun.
Üzüm qurusunu qaynar suda isladın.
Portağalın qabığını soyub nazik dilimləyin.
Sousu hazırlamaq üçün blenderin qabına portağalın qalan hissəsini, duz, zeytun yağı, alma sirkəsi, istəyə görə dənəvər xardal əlavə edib blenderlə yaxşıca qarışdırın.
Servis edəcəyiniz qaba ovulmuş kələm, suyu süzülmüş üzüm qurusu, qoz və ya günəbaxan ləpəsi və portağal dilimlərini əlavə edib qarışdırın. Üzərinə sousu da gəzdirib yaxşıca qarışdırdıqdan sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz