Turp Kimi Olun Deye: Turp Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Turp salatı reseptindəki bütün maddələr sizi turp kimi etmək üçün bir araya gəldi. Turp qış salatlarının əvəzolunmazdır. Adətən rəndələnmiş yerkökü ilə hazırlanır,üzərinə sirkə və ya təzə sıxılmış limon suyu əlavə olunur. C vitamini ilə çox zəngindir, xəstəliklərə qarşı mübarizə aparır, tərkibindəki lif sayəsində həzmi asanlaşdırır.
Pəhriz saxlayanlar üçün də əvəzolunmaz qida mənbəyidir, hətta qəlyanaltılarda da yeyilə bilər. 100 qramda cəmi 16 kalori var. Güclü antioksidantdır, qan dövranını artırır, ağız qoxusunun qarşısını alır.
Mir.az turp salatı reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
6 ədəd kiçik turp4 ədəd təzə soğan
2 ədəd orta ölçü xiyar
1/2 dəstə roka
1/4 dəstə şüyüd
Sous üçün:
4 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı təzə sıxılmış limon suyu
1/2 xörək qaşığı balzamik sirkəsi
1/4 çay qaşığı duz
Hazırlanma qaydası:
Bol suda yuduğunuz turpların qabığını soymadan incə doğrayın və uclarını kəsin.
Soğanları incə, şüyüdü xırda doğrayın.
Roka yarpaqlarını bir-bir çıxarın.
Uclarını kəsdiyiniz xiyarları soymadan istədiyiniz kimi dilimləyin.
Roka yarpaqlarını dərin bir salat qabına töküb üzərinə xiyar dilimlərini əlavə edin. Ardı ilə reseptə adını verən turp dilimlərini qaba əlavə edin. Üzərinə doğranmış soğan və xırda doğranmış şüyüd səpin.
Salatın sousu üçün kiçik bir qabda zeytun yağı, təzə sıxılmış limon suyu, balzamik sirkəsi və duzu qarışdırın və salatın üzərinə gəzdirib sevdiklərinizlə bölüşün.(Sulu olmasın, vitamin və minerallarını itirməsin deyə, sous əlavə etdiyiniz salatı gözləmədən xidmət edin.)
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz