Azərbaycancaaz
Mir.az » Resept » Uşaqların Sevimli Qəlyanaltısı : Çöp Şişdə Xəmirli Sosiska Resepti

Uşaqların Sevimli Qəlyanaltısı : Çöp Şişdə Xəmirli Sosiska Resepti

834
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Uşaqların Sevimli Qəlyanaltısı : Çöp Şişdə Xəmirli Sosiska Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Xəmirli sosiska uşaqdan böyüyə hər kəsin sevimli qəlyanaltısıdır. Ancaq bu yeməyi daha maraqlı və cəlbedici etmək olar. Xəmirli sosiskanı şişlərdə bişirərək təqdimatı fərqli edə bilərsiniz. Sizdə bu vaxta kimi hazırlamamısınızsa ,mətbəxə keçib hazırlayıb uşaqları sevindirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

12 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 3-4 ədəd sosiska (doktorskaya)
  • 200 qr mayalı, mayasız və ya qat-qat xəmir
  • 1 ədəd yumurta
  • 1/2 çay qaşığı küncüt toxumu
  • 1/2 çay qaşığı çörəkotu
  • çöp şiş

Hazırlanma qaydası:

Əvvəlcə sosiskanın örtüyünü soyun.
Un, duz və sudan yoğrulmuş mayasız xəmir, mayalı xəmir və ya qat-qat xəmiri 3-4 mm qalınlığında dördbucaqlı şəklində yayın. Üzərinə sosiskanı yerləşdirib büküb və kənarlarını bərkidin.( Xəmir hər tərəfdən eyni olmalıdır. ) İti bir bıçaqla 1-2 santimetr genişlikdə dairələr kəsib (xəmirin bıçağa yapışmaması üçün üzərinə un səpə bilərsiniz. ) çöp şişlərə keçirin. Xəmiri 15 dəqiqə kənarda saxlayın. Yağlı kağız sərilmiş soba sinisinə xəmiri yerləşdirin və üzərinə yumurta sarısı çəkib küncüt və ya çörəkotu səpib əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Hazır olduqdan sonra çöp şişdə xəmirli sosiskanı isti və ya soyuq halda sevimli souslarla süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz