Azərbaycancaaz
Mir.az » Resept » Kartoflu Pendirli Oladi Resepti

Kartoflu Pendirli Oladi Resepti

1 001
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Kartoflu Pendirli Oladi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Kartoflu pendirli oladi hazırlayıb sevdiklərinizlə bölüşün. Mir.az pendirli oladinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 500 qram bişmiş kartof
  • 1 diş balaca sarımsaq
  • 1/2 stəkan un
  • 2/3 çay qaşığı qabartma tozu
  • 1/2 çay qaşığı duz
  • 120 qram pendir
  • 2 budaq göy soğan
  • 1 budaq cəfəri və ya keşniş
  • 1 ədəd yumurta
  • 2/4 stəkan süd
  • 1 çay qaşığı istiot

Hazırlanma qaydası:

Bişmiş,soyumuş kartofun qabığını soyub sürtgəcin iri gözündən keçirin.
Yaşıl soğanı xırda doğrayın.
Sarımsağı sarımsaq əzəndən və ya sürtgəcdən keçirin.
Bir qabda un, duz və qabartma tozunu qarışdırın. Geniş bir qaba kartof və un qarışığını ,yumurtanı əlavə edib qarışdırın .Daha sonra südü də əlavə edib qarışdırmağa davam edin. Ardı ilə istiot, xırda doğranmış göy soğan, pendir ,sarımsaq, doğranmış cəfəri və ya keşnişi də töküb yenidən qarışdırın.
Tavada yağı qızdırın , xəmirdən 1 qaşıq tavaya töküb iki tərəfli qızardın. Eyni qayda ilə xəmir qurtaranadək bişirin.
Bişdikdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz