Azərbaycancaaz
Mir.az » Resept » Günə Gözəl Başla: Simit Börək Resepti

Günə Gözəl Başla: Simit Börək Resepti

27
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Günə Gözəl Başla: Simit Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Üzəri bəkməzli, yumurta və küncütlü ,xırtıldayan, içi zeytun əzməli, holland pendirli, kəklikotu və acı bibərli ləzzətli səhər yeməyi , hətta , günün istənilən saatı çayın yanında da yeyə biləcəyiniz simit börək resepti.İstəsəniz kartof, qiymə, kolbasa və ya sadəcə pendirli içlik hazırlayıb resepti öz zövqünüzə uyğun formada edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 1.5 ədəd yağlı xəmiri (Xəmiri 4 bərabər hissəyə böldükdə üçbucaqlı parçalar alınacaq)
  • 6 xörək qaşığı zeytun əzməsi
  • 120 qram holland pendiri
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı acı bibər tozu

  • Üzərinə çəkmək üçün:
  • 1 xörək qaşığı üzüm bəkməzi
  • 2 xörək qaşığı zeytun yağı
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı küncüt

Hazırlanma qaydası:

Sobanı 170 dərəcədə qızdırın.
Xəmiri 4 bərabər üçbucaqlı hissəyə bölün və enli tərəfinə 1 xörək qaşığı zeytun əzməsini çəkib üzərinə sürtgəcdən keçilmiş holland pendiri, kəklikotu və acı bibər tozu səpin.
Xəmiri rulon şəklində bükün və simit forması verib yağlı kağızla örtülmüş soba nimçəsinə qoyun.
Yumurtaları çırpın.
Ayrı bir qabda bəkməz və zeytun yağını qarışdırın. Simit börəklərin üzərinə əvvəlcə yumurtanı sonra isə bəkməz qarışığını çəkib bol susam əlavə edin və 15-20 dəqiqə bişirin.
Sobadan çıxan kimi çayın yanında və ya səhər yeməyində süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz