Azərbaycan Mətbəxindən:Əsl Qarabağ Kətəsi Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Azərbaycan mətbəxi ən dadlı və zəngin mətbəxlərdən biridir. Mir.az milli şirniyyatlarla zəngin Azərbaycan mətbəxindən Qarabağ bölgəsinə məxsus əsl Qarabağ kətəsinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
80 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
3 ədəd yumurta0,5 stəkan şəkər tozu
1 paket vanil
150 qram yumşaldılmış kərə yağı
800 qram un
Opara üçün:
1 stəkan un
1 paket quru maya
1 stəkan isti süd
1 xörək qaşığı şəkər tozu
1 çimdik duz
İçlik üçün:
300 qram dondurulmuş kərə yağı
1,5 stəkan şəkər kirşanı
1 paket vanil
Apardığı qədər un
Arası üçün:
Əridilmiş kərə yağı
Üzəri üçün :
Yumurta sarısı
Hazırlanma qaydası:
Oparanı hazırlamaq üçün un, maya, isti süd, şəkər tozu və duzu bir qabda qarışdırıb mayalanması üçün 15 dəqiqəlik isti yerə qoyun.
Başqa bir qabda yumurta və şəkər tozunu mikserlə çırpıb üzərinə kərə yağı və vanil töküb yaxşıca çalın. Daha sonra mayalanmış oparanı da töküb qarışdırın.Unu da tədricən tökərək yumşaq xəmir yoğurun və isti yerə 1 saatlıq acımağa qoyun.
İçlik üçün donmuş kərə yağını rəndələyib üzərinə şəkər kirşanı, vanil və apardığı qədər un töküb ovun və 45 dəqiqəlik soyuducuya yerləşdirin.
Xəmiri 5 kündəyə bölün. Unlanmış dəzgaha kündəni yayıb ərinmiş yağla yağlayın.
İçliyi soyuducudan çıxarın və 5 hissəyə ayırıb birinci hissəsini yaydığınız xəmirin üzərinə yayın və kənarlarını orta hissəsinə gətirərək bükün.
Kətəni unlu dəzgaha çevirib yüngülcə oxlovla yayın. Kənarlarına dairəvi və ya kvadrat forma verib,üzərinə yumurta sarısı çəkib,çəngəllə şəkil verib bir neçə yerindən deşin. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Eyni qayda ilə qalan kündələri də yayıb içliklə doldurub bişirin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz