Azərbaycancaaz
Mir.az » Resept » Çay Süfrəsinə Çox Yaraşacaq: Truffle Konfetləri Resepti

Çay Süfrəsinə Çox Yaraşacaq: Truffle Konfetləri Resepti

16
asan resept,asan yemək resept,sadə resept
6 calories, 6 grams fat
Çay Süfrəsinə Çox Yaraşacaq: Truffle Konfetləri Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Konfet resepti.
Qonaqlarınız və sevdikləriniz üçün asan Truffle konfeti hazırlaya bilərsiniz. Asan olmağı ilə yanaşı ləzzəti ilə də dadı damağınızdan getməyəcək. Mir.az dadlı və asan hazırlanan Truffleların reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 150 qram peçenye(Petit Beurre,Yubileynoye və s.)
  • 2 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı kakao
  • 2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı vanil

  • Üzəri üçün :
  • Kokos
  • Qoz ovuntusu
  • Kakao və s.

Hazırlanma qaydası:

Öncə peçenyələri əlinizlə ovuntu halına gətirin. (Mətbəx robotunuz varsa onunla da xırdalaya bilərsiniz. )Peçenyələri dərin bir qaba boşaldın və ayrı bir qabda yağı, şəkər tozunu və kakaonu qarışdırın. Üzərinə vanil əlavə edib yağ əriyib digərlərinə tam qarışanadək qızdırın. Bu qarışığı ovuntu halına gətirdiyiniz peçenyələrin üzərinə əlavə edib bir-birilə tam həll olunanadək qarışdırın və bərkiyənə kimi soyuducuda saxlayın.
Bərkiyən kütlədən qoz böyüklüyündə götürüb əlinizdə truffle formasında düzəldin. Formaya saldığınız truffleləri kokosa, zövqə görə qoz və ya fındıq ovuntusuna, kakaoya hərtərəfli bulayın. Trufflelər hazırdır!


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz