Armud Peçenyesi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Pürrəngi çayın yanında ləzzətlə yeyilən peçenyeyə kim yox deyə bilər? Mir.az armud görünüşlü ləzzətli peçenyenin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
250 qr kərə yağı və ya marqarin1 çay qaşığı maye yağ
5-6 xörək qaşığı şəkər kirşanı
1 ədəd yumurta
1 paket qabartma tozu
1 paket vanil
Apardığı qədər un
1 kasa ispanaq yarpağı
İçlik üçün:
3 ədəd alma
5-6 dənə əncir qurusu
3-4 xörək qaşığı kokos
1 stəkan şəkər tozu
1 kasa qoz
Üzəri üçün:
Mixək
Hazırlanma qaydası:
İçliyi hazırlamaq üçün almaları sürtgəcdən keçirin. Üzərinə şəkər tozu əlavə edib tavada yumşalıb şirəsi çəkilənə qədər bişirin.
Əncirləri kub formasında doğrayın.
Bişən içliyə doğranmış əncir qurusu, qoz və kokos əlavə edib qarışdırın. Ocaqdan götürüb soyuması üçün kənara qoyun.
1 kasa ispanaq yarpaqlarını yuyub qurudun. Daha sonra mətbəx robotuna qoyub üzərinə bitki yağı əlavə edib püre halına gətirin.
Xəmiri hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə yumurta, şəkər kirşanı, pür halına gətirdiyiniz ispanaqları, qabartma tozu, vanil və apardığı qədər un əlavə edib xəmir yoğurun. Xəmiri 5-10 dəqiqə kənarda saxlayın. Daha sonra xəmirdən qoz böyüklüyündə tikə qoparıb yuvarlayın. Barmağınızıla orta hissəsində çox incəltmədən oyuq açın. İçlik qoyub bükün və armud forması verin. Bu qaydayla xəmirdən içliklə doldurulmuş armud formaları hazırlayın. Hər armudun üzərinə mixək dənəsi batırıb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirib əvvəlcədən 170 dərəcə qızdırılmış sobada bişirin.
Bişdikdən çay və ya qəhvənin yanında süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz