Azərbaycancaaz
Mir.az » Resept » İspaniya Ləzzəti : Məşhur Churros ( Çurros ) Şirniyyatı Resepti

İspaniya Ləzzəti : Məşhur Churros ( Çurros ) Şirniyyatı Resepti

666
asan resept,asan yemək resept,sadə resept
1525 calories, 15 grams fat
İspaniya Ləzzəti : Məşhur Churros ( Çurros ) Şirniyyatı Resepti

Yemək Haqqında:

İspaniya mətbəxindən Şirniyyat resepti.
Churros (Çurros) bütün dünyanın sevdiyi heyrətamiz desertdir. Mir.az üstü xırçıltılı, içi yumşaq çurrosun reseptini təqdim edir

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:


    Xəmir üçün:
  • 250 ml su
  • 110 qr yumşaldılmış kərə yağı
  • 1/2 çay qaşığı vanil
  • 1/2 çay qaşığı duz
  • 135 qr un
  • 3 ədəd yumurta

  • Bişirmək üçün:
  • 700-800 ml bitki yağı

  • Üzəri üçün:
  • 50 qr şəkər tozu
  • 1/2 çay qaşığı üyüdülmüş darçın

  • Şokoladlı sousu üçün:
  • 100 qr tünd şokolad
  • 100 ml 35% yağlı qaymaq

Hazırlanma qaydası:

Xəmirini hazırlamaq üçün dərin bir qazana su, kərə yağı, vanil və duzu əlavə edib qarışdırın. Qazanı ocağa qoyub qaynadın. Ocaqdan götürüb üzərinə unu əlavə edib sürətlə qarışdırın. Yenidən qazanı ocağa qoyub 2 dəqiqə daha dayanmadan qarışdırın. Xəmiri ocaqdan götürüb soyuması üçün kənara qoyun.
Soyuyan xəmirin üzərinə 2 ədəd yumurtanı əlavə edib mikserlə yaxşıca çırpın. Qalan 1 ədəd yumurtanı da başqa bir qabda çırpıb xəmirə əlavə edin və çırpmağa davam edin. Duru halda olan xəmiri “ulduz” başlıqlı konditer torbasına doldurun.
Qazana duru yağı töküb yaxşıca qızdırın. Xəmir zolaqlarını yağa sıxaraq mətbəx qayçısıyla kəsib 2 dəqiqə hər tərəfli qızardın. Bir dəfəyə 2-3 zolaqdan çox qızartmayın. Qızaran çurrosları mətbəx salfetinin üzərinə düzün ki, artıq yağı çəkilsin. Bu qaydayla xəmirin hamısını bişirin.
Üzəri üçün bir qabda şəkər tozuyla darçını qarışdırın. Bişən çurrosları darçınlı şəkər tozuna bulayın.
Şokoladlı sousu hazırlamaq üçün su hamamında şokoladı əridib üzərinə qaymaq əlavə edib yaxşıca qarışdırın.
İsti çurrosları şokoladlı sousuyla birgə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 1

Şərh Yaz
  1. Nesibov coşqun
    Nesibov coşqun
    Qonaq
    Bu bizim bamiyedi adini deyisiblər sadece.

Şərh Yaz