O Əsl Efsanədir : Hörüklü Bulka Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Yumşaq və havalı, həm çayla, həm də tək başına çox ləzzətli olan hörük bulka. Mir.az məktəb illərinin ən dadlı qəlyanaltısı hörük bulkanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
1 kq un3 çay qaşığı qabartma tozu
100 qr şəkər tozu
1 paket vanil
125 qram kəsmik
1 ədəd yumurta
80 ml süd
50 qr əridilmiş kərə yağı
Hazırlanma qaydası:
İlk öncə un, qabartma tozu və vanili ələyin.
Bir qabda şəkər tozunu yumurta ağıyla çırpın. Kəsmik, süd və yağ əlavə edib yaxşıca qarışdırın. Unu da əlavə edib xəmir yoğurun. Xəmiri 6 bərabər kündələrə bölün. Hər kündəni 3 hissəyə bölün. Unlanmış masanın üzərində təxminən 20-30 sm uzunluğunda zolaqlar şəkli verin və hörün. Yağlı kağız sərilmiş soba sinisinə düzün və 15-20 dəqiqə kənarda saxlayın.
Bir qabda yumurta sarısını 1 xörək qaşığı südlə qarışdırın və hörük bulkaların üzərinə fırçayla yaxın. Bulkaların üzərinə şəkər tozu, qoz və ya küncüt səpib əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz