Azərbaycancaaz
Mir.az » Resept » Asan Hazırlanan Bananlı Rulet Resepti

Asan Hazırlanan Bananlı Rulet Resepti

249
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Asan Hazırlanan Bananlı Rulet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Çay süfrəsində qonaqlarınızla bölüşə biləcəyiniz hazırlanması çox vaxt aparmayan və ləzzətli rulet resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan su
  • 1,5 stəkan un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu

  • Krem üçün:
  • 3 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • 2 xörək qaşığı un
  • 2 xörək qaşığı buğda nişastası
  • 1 paket vanil

  • İçlik üçün:
  • 2 ədəd banan
  • 1/2 stəkan üyüdülmüş püstə

  • Üzəri üçün:
  • 2 paket krem şanti
  • 2 stəkan soyuq süd

Hazırlanma qaydası:

Ruleti hazırlamaq üçün yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə suyu və vanili əlavə edib çırpmağa davam edin. Daha sonra ələnmiş un və qabartma tozunu əlavə edib qarışdırın. Hazırladığınız xəmiri yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Kremi hazırlamaq üçün süd, şəkər tozu, un, buğda nişastası və vanili bir qazanada orta odda pudinq halını alana qədər bişirin.
Tortun üzəri üçün krem şantini soyuq süd ilə mikser vasitəsilə çalıb 1 saat soyuducuya saxlayın. .
Bişən ruleti sobadan çıxarıb 10 dəqiqə kənarda saxlayın. Daha sonra yağlı kağız ilə birlikdə soba sinisindən götürüb üzərinə hazırladığınız kremi bir taxta qaşıq və ya spatula köməyi ilə yaxıb bananları tortun orta hissəsinə bütöv halda yerləşdirin. Ruleti yağlı kağızdan ayıraraq, diqqətli şəkildə rulon forması verərək bükün. Hazırladığınız ruleti boşqaba qoyub üzərinə çırpdığınız krem şantini yaxın və üzərinə üyüdülmüş püstə və ya rəndələnmiş ağ şokolad səpin. Ən az 5- 10 dəqiqə soyuducuda saxladıqdan sonra dilimləyərək süfrəyə verin.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz