Azərbaycancaaz
Mir.az » Resept » Ağızda Əriyən Ətirli Vitraj Peçenye Resepti

Ağızda Əriyən Ətirli Vitraj Peçenye Resepti

4 480
asan resept,asan yemək resept,sadə resept
2015 calories, 20 grams fat
Ağızda Əriyən Ətirli Vitraj Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Zərif, ağızda əriyən və görünüşü vitraj şüşələrini (ornametli dekorativ kompozisiya) xatırladan ləzzətli peçenye. Sizdə ətirli və dadlı , görünüşü ilə hamını heyran qoyacaq vitraj peçenyesini hazlarlayıb çay və qəhvənin yanında süfrəyə verə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

20 nəfərlik

HAZIRLIQ VAXTI

50 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 320 qr un
  • 1/2 çay qaşığı qabartma tozu
  • 150 qr kərə yağı və ya marqarin
  • 110 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 çimdik duz
  • 25-30 qr darçın

Hazırlanma qaydası:

Əvvəlcə un və qabartma tozunu ələyin.
Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını, yumurta və 1 çimdik duzu mikserlə yaxşıca çırpın. Üzərinə ələnmiş un və qabartma tozu əlavə edib xəmir yoğurun. Xəmiri çox yoğurmağa ehtiyac yoxdur, çünki xəmir əllərinizin istisindən isinərsə yağ digər məhsullardan ayrıla bilər. Əgər xəmir çox yumşaq alınarsa streç sellofana büküb yarım saatlıq soyuducuya yerləşdirə bilərsiniz.
Yoğurduğunuz xəmiri 2 bərabər hissəyə bölün. Bir hissəsini streç sellofan büküb kənara qoyun. Digər hissəsini 1-i böyük olmaqla 5 yerə bölün. Bu 5 kiçik hissələri ayrı-ayrılıqda 20 sm uzunluğunda kolbasa formasında yayın.
Dəzgahın üzərinə darçın səpin və kolbasa formasında xəmirləri darçına bulayın. Böyük xəmiri də düzbucaqlı şəkildə 20 x 14 ölçüdə yayıb kiçik xəmirləri düzbucaqlı xəmirin üzərinə üst-üstə düzün. Düzbucaqlı xəmiri kiçik xəmirlərin üzərindən bükərək rulet şəklində bükün.
Dəzgahın üzərinə darçın səpib rulet şəklində hazırladığınız xəmiri darçına hərtərəfli bulayın. Streç sellofana möhkəm büküb yarım saatlıq soyuducuya yerləşdirin.
15 dəqiqə sonra yenidən götürüb yuvarlayın ki, qoyulduğu tərəf düz olmasın. Digər xəmiri də bu qaydayla hazırlayıb soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz xəmiri streç sellofandan ayırıb hündürlüyü 8-9 mm olan dairələr kəsin. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzüb vvəlcədən 180 dərəcə qızdırılmış sobada 12-17 dəqiqə bişirin.
Bişdikdən sonra çay və qəhvənin yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz